Icma.az
close
up
RU
2024cü ilin uğur formulu: düzgün strategiya, ardıcıl islahatlar

2024cü ilin uğur formulu: düzgün strategiya, ardıcıl islahatlar

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

2024-cü il ölkəmiz üçün əlamətdar və uğurlu illərdən biri kimi tarixə yazıldı. Torpaqlarının 20 faiz hissəsini azad edən, bununla da  dövlət  suverenliyini tam  gerçəkləşdirən Azərbaycan müstəqllik dövründə ilk dəfə bütün ərazilərində ümumxalq seçkiləri – prezident və parlament seçkiləri keçirdi. Xalqımız  fevral ayında 20  il  ərzində  ölkəmzi  iqtsadi yüksəlişə və  ən mühüm  hədəflərə  çatdıran,  ən müqəddəs  arzumuz  olan  Qarabağa sülh, əmin-amanlıq gətirən, düşmənin 30  illk  işğalına son qoyan Prezident  İlham  Əliyevə  növbəti dəfə  ehtiram  və  etimad  göstərərək  yenidən ali dövlət vəzifəsinə seçdi. Sentyabr ayında isə respublikamızın  ictimai-siyasi həyatında digər mühüm hadisə olan VII çağırış Milli Məclisə seçkilər reallaşdı. 

Ötən il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) layiqli ev sahibliyi etməklə təşəbbüskar və nümunəvi təşkilatçılıq modelini ortaya qoyan dövlət kmi nüfuz və etimadını möhkəmləndirdi. 80-dən çox ölkənin dövlət və hökumət başçılarının qatıldığı tədbirdə iqlim dəyişikliyinin yaratdığı problemlər və onların qarşısının alınması üçün birgə təşəbbüs mexanizmlərini müzakirə etdi.  
Maliyyə Nazirliyinin məlumatına görə, Azərbaycan iqtisadiyyatı 2024-cü  ildə  daha  da  böyüdü,  yanvar-iyun  ayları ərzində  formalaşmış  güclü fiskal-maliyyə yığımları dövlət büdcəsinin gəlir və xərclərinin artırılması üçün əlverişli zəmin yaratdı. Elə bu səbəbdən  də  2024-cü  ilin  dövlət  büdcəsinin gəlir  və  xərclərinə  dəyişiklik  edildi. Bunun  nəticəsində büdcənin gəlirləri 6,5 faiz artırılaraq 36 milyard 388 milyon manata, xərclər isə 8,1 faiz artırılaraq 39 milyard 742,3 milyon manata çatdırıldı.
Büdcə xərcləri, ilk növbədə, əsas milli hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin daha da sürətləndirilməsinə yönəldildi. Bu maliyyə təminatı sayəsində 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə bir sıra mühüm infrastrukturlar, yol-nəqliyyat qovşaqları, yaşayış binaları istifadəyə verildi. 
Böyük Qayıdışın növbəti addımı kimi 32  illik Vətən  həsrətindən  sonra  Azərbaycanın  və  İslam  dünyasının  
mədənyyət  paytaxtı  olan  Şuşaya  doğma  sakinlərin geri qayıdışı  gerçəkləşdi, Xocalı,  Cəbrayıl,  Xankəndi və  digər ərazilərə  ləyaqətli və  əbədi dönüş  reallaşdı. Qarabağ  Universitetinin  öz  qapılarını  azərbaycanlı  tələbələrə açması ilə təhsilimizdə yeni qürurverici mərhələ başlandı.
Ümumilikdə,  azad  olunmuş  ərazilərdə  böyük  quruculuq  işləri çərçivəsində  2021-2024-cü  illər  ərzində dövlət büdcəsindən 17 milyard manatdan çox maliyyə təminatı yaradılıb. Azərbaycanın ərazi bütövlüyü gerçəkləşdiriləndən sonra  bölgədə yaranmış yeni reallıqlar, həmçinin Ermənistanın silahlandırılması nəzərə alınaraq Silahlı Qüvvələrimizin döyüş hazırlığı və maddi-texniki təchizatının müasirləşdirilməsi, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi  ötən ilin ən ümdə xərc prioriteti kimi diqqətdə  saxlanıldı.  Dövlət  büdcəsində  edilmiş  dəyşikliklər  nəticəsində  müdafiə və milli təhlükəsizlik xərcləri 705 mlyon manatdan çox artırıldı. 
2024-cü  il  sürətli  iqtsadi  inkşaf  ili kimi xarakterizə oluna  bilər. Yanvar-sentyabr aylarında ölkədə 92,8 milyard və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faz çox ümumi daxili  məhsul (ÜDM)   istehsal olunub ki, əlavə dəyərin 7,1  faizi qeyri-neft-qaz  sektorunda  yaradılıb. Bu dövrdə ölkəmizin güclü təhlükəsizlik yastığı olan strateji valyuta ehtiyatlarının həcmi 72 milyard dolları ötüb, xarci borcumuz əhəmiyyətli dərəcədə azaldılaraq 5 milyard dollara bərabər olub.
Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, 2024-cü ilin 9 ayında dövlət büdcəsinə proqnozlaşdırılandan 0,2 faiz çox vəsait daxil olub. Büdcənin gəlirləri 53,4 milyon manat artaraq 27 milyard 737 milyon manata çatıb. Büdcə xərclərində isə proqnoz 42,2 milyon manat çox icra edilib  və nəticədə xərclərin həcmi 25 milyard 174 milyon  manat  olub.  Dövlət büdcəsinin vəsaiti hesabına  bütün  xərc  sifarişləri tam  və  vaxtında  təmin edilməklə 2 milyard 563 milyon manat məbləğində profisit yaranıb. Bütün bu müsbət makro-iqtsadi göstəricilər Azərbaycanın 2024-cü ili uğurlu və əlamətdar dövr kimi  başa vurduğunu təsdiqləyir. 
2025-ci  ildə  ölkədə  ÜDM  real  ifadədə  3,5  faz  artaraq  129,2  milyard  manat,  o  cümlədən  qeyri-neft-qaz  ÜDM real  ifadədə  4,9  faz  artaraq  92,2  milyard  manat  təşkil  edəcək.  Bu  il  ÜDM-in  tərkibində  qeyri-neft-qaz sektorunun  payının  71,3  faizə  çatacağı  gözlənilir.  Proqnozlara  əsasən,  2025-ci  ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 0,5 faz artacaq. Dövlət  büdcəsində  “Azərlayt”  markalı  xam  neftin  və  təbii qazın  qiymət proqnozlarına müvafiq  olaraq 1  barrel  üçün 70  ABŞ  dolları  və  min  kubmetr  üçün  242  ABŞ  dolları  qəbul  edilməklə hesablanıb. 
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illk inflyasiya göstəricisi 2025-ci ildə 4,6 faiz, 2026–2028-ci  illərdə isə  illk  orta  hesabla  3,9  faiz  səviyyəsində  proqnozlaşdırılıb.  Makroiqtisadi sabitliyin  qorunması  məqsədilə  milli valyutanın  mübadilə  məzənnəsnn  sabitliyi  manatın  ABŞ  dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması ilə dəstəklənəcək. İqtisadi aktivliyin  yüksəlməsi  ilə  əlaqədar  əhalinin  gəlirlərinin  real  artım  tempi  bu  il  3,5 faz,  2026–2028-ci illərdə isə orta illik 3,6 faiz proqnozlaşdırılır. 

Səhifəni hazırladılar: 
Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see215

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri