Icma.az
close
up
RU
Qarabağ: 2024cü ilin onbirliyi

Qarabağ: 2024cü ilin onbirliyi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ" tarixi nəticələrlə yadda qalan 2024-cü ilin 11 ən əlamətdar məqamını hazırlayıb.

"Football-plus.az" Ağdam klubu üçün önəm daşıyan məqamları təqdim edir.
Pley-offda ilk qələbə
Azərbaycan futbolu tarixinə Avropa Liqasının pley-offuna yüksələn ilk komanda kimi düşən “Qarabağ” 1/8 finala vəsiqə üçün “Braqa” ilə qarşılaşıb. Portuqaliyadakı möhtəşəm oyunu ilə 4:2 hesablı səfər qələbəsi qazanan komandamız Bakıdakı cavab görüşündə daha bir tarix yazıb. Nəriman Axundzadənin əlavə vaxtdakı qolu komandamızı 1/8 finala daşıyıb. Avrokubokların bu mərhələsi Azərbaycan futbol tarixində yeni səhifə olub.
1/4 finalın astanasında
Avropa Liqasında ən uğurlu mövsümünü keçirən komandamız 1/4 finalın bir addımlığında qalıb. 1/8 finalda güclü “Bayer”lə görüşən “Qarabağ” həm evdə, həm də səfərdə 2:0 hesabı ilə önə də keçib. Amma komandamız hər iki görüşdə üstünlüyünü uzatma dəqiqələrində əldən verib. Patrik Şikin 90-cı dəqiqədən sonrakı vaxtda vurduğu üç top 8 ən güclü sırasına düşməyimizə imkan verməyib – 2:2, 2:3.
Ardıcıl 3-cü, tarixdə 11-ci
Komandamız bu il 11-ci dəfə Azərbaycan çempionu titulunu qazanıb. Ardıcıl üçüncü qızıl medallar vaxtından əvvəl təmin olunub. Bu, premyer-liqanın 28-ci turunda rəsmiləşib. “Kəpəz”i 6:1 hesabı ilə məğlub edən komandamız sona 8 tur qalmış 1-ci yeri təmin edib.
8-ci kubok
Ölkə çempionu adını qazanan komandamız Azərbaycan kubokunun da qalibi olub. Qurban Qurbanovun yetirmələri finalda “Zirə” ilə görüşüb. Bu qarşılaşma “Liv Bona Dea Arena”da baş tutub. Komandamız 2:1 hesablı qələbə qazanıb.
Əlçatmaz Olavio
Futbolçumuz Olavio Juninyo 2023/24 mövsümünün bombardiri adını qazanıb. O, 20 qolla çempionatın ən məhsuldar oyunçusu olub. Braziliyalı meydana çıxdığı 35 matçda bu qədər qola imza atıb. Cənubi amerikalı bombardir titulunu debüt mövsümündə əldə edib.
Akademiyadan “het-trik”
Bu il təkcə əsas komandamızın uğurları ilə yadda qalmayıb. Klubumuzun, futbolumuzun gələcəyi olan yeniyetmə komandalarımız da çempionluq sevinci yaşayıblar. Akademiyamızın təmsilçiləri AFFA-nın təşkil etdiyi liqaların üçündə çempion olublar. U-15, U-14 və U-13 komandalarımız Azərbaycanın ən yaxşısı adını qazanıb. Akademiyamızın komandaları çoxsaylı müxtəlif beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil ediblər.
“İmarət”in təməli
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub. Komandamızın sonuncu dəfə 1993-cü ildə çıxış etdiyi arenanın yenidən inşa olunmasına başlanılıb. Stadion bunun üçün ayrılan 19,2 hektar torpaq sahəsində tikilir. “İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyü olacaq.
Çempionlar Liqasında pley-off
Komandamız son illərdə formalaşan ənənəsinə sadiq qalaraq bu dəfə də avrokubokların təsnifat mərhələlərində uğurla çıxış edib. Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qarabağ” öncə “Linkoln”, ardınca “Lüdoqorets” səddini aşıb. Bu iki dueldə ümumilikdə 16 qol vuran komandamız qitənin ən nüfuzlu klub turnirinin pley-offuna vəsiqə qazanıb. Bu, ən azı Avropa Liqasının əsas raunduna vəsiqəni təmin etmək üçün yetərli olub.
İlk dəfə Liqa mərhələsində
Ardıcıl 10 il avrokubokların qrup mərhələsində oynayan “Qarabağ” bu dəfə də əsas raunda qədər irəliləyib. Komandamız yeni formatda təşkil olunan Liqa mərhələsində mübarizəyə başlayıb. Komandamız bu formatda əsas mərhələ oynayan ilk və yeganə Azərbaycan klubudur. Bu mərhələdə 6 matça çıxan komandamız digər iki oyununu 2025-ci ildə keçirəcək.
“Qarabağ”dan unikal təşəbbüs
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan yeni qurumda komandamızla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Totenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto" (Portuqaliya), “Flamenqo" (Braziliya) və “Malmö” (İsveç) klublarıdı.
Qış çempionu
Komandamız premyer-liqanın 2024/25 mövsümündə də uğurla çıxış edir. 18 turdan sonra lider olan “Qarabağ” qış fasiləsinə zirvədə yollanıb. Bu, 18-ci tur ərəfəsində rəsmiləşib. “Şamaxı” ilə təxirə salınmış oyundakı qələbə ilə qış çempionluğu təmin olunub. Bu, komandamızın tarixində 11-ci, ardıcıl 4-cü belə uğurudu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Dekabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see583

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see289

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see268

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see267

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see251

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see251

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see248

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see227

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see220

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see216

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see212

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see211

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see204

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see195

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see192

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see189

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see177

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see173

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri