Icma.az
close
up
RU
2025 ci ildə cütlüklər niyə daha çox dalaşıblar? Ən çox yayılmış 5 mübahisə

2025 ci ildə cütlüklər niyə daha çox dalaşıblar? Ən çox yayılmış 5 mübahisə

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklər arasında ən çox təkrarlanan beş əsas mübahisəni sadalayıb və bu qarşıdurmaların arxasında duran gizli emosional səbəbləri izah edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2025-ci il cütlüklər üçün qeyri-adi dərəcədə yüksək emosional gərginlik dövrü olub.

Onun sözlərinə görə, yüzlərlə cütlüklə aparılan söhbətlər və onilliklərə dayanan münasibət araşdırmaları bir həqiqəti dəyişməz saxlayır: tərəfdaşlar adətən düşündükləri səbəblərə görə mübahisə etmirlər. Görünən səbəblər daha dərin emosional problemlərə – təhlükəsizlik hissinə, tərəfdaşın əlçatanlığına və uzunmüddətli bağlılığa dair suallara açılan bir başlanğıc nöqtəsidir.

Psixoloq 2025-ci ildə ən çox rast gəlinən mübahisə növlərini belə izah edib:

“Gecikəcəyini niyə demədin?” adlı mübahisə əksər hallarda punktuallıqla bağlı olmur. Bu, daha çox emosional bağlılıq sistemində yaranan “Mən sənin üçün doğrudanmı önəmliyəm?” sualının əksidir. Son araşdırmalar göstərir ki, bir-birinə uyğunlaşmağı bacaran tərəfdaşlara malik insanlar daha etibarlı bağlanma tipinə sahib olurlar. Zamanla bu cür kiçik davranışlar münasibətlərdə təhlükəsizlik hissi yaradır.

“Sən məni ümumiyyətlə dinləmirsən” mübahisəsi isə beynin təhlükəsizlik siqnalları ilə əlaqəlidir. Təkamül baxımından diqqətlə dinlənmək sosial təhlükəsizlik göstəricisi kimi qəbul olunur. Tərəfdaşın laqeyd reaksiya verməsi və ya dinləməməsi beyin tərəfindən emosional əlaqənin zəifləməsi kimi şərh edilir. 2024-cü ildə Current Psychology jurnalında dərc olunan araşdırmaya görə, özünü görməzlikdən gəlinmiş hiss edən insanlar daha çox ağrı, kənarlaşdırılma və görünməzlik kimi duyğular yaşayırlar.

“Biz həmişə eyni mövzuda dalaşırıq” tipli mübahisələr də geniş yayılıb. Araşdırmalar göstərir ki, emosional təcrübələr aydın “sərhədlərə” malik olmadıqda, beyin bir münaqişəni digərlərindən ayırmaqda çətinlik çəkir. Bu səbəbdən cütlüklər eyni emosional nöqtəyə təkrar-təkrar qayıdır və hər yeni mübahisə əvvəlki həll olunmamış problemin davamı kimi qəbul olunur.

“Niyə hər şey mənim üzərimdədir?” sualı ilə başlayan mübahisələr əslində məişət yükündən çox, “kognitiv yük”lə bağlıdır. Araşdırmalar göstərir ki, evin gündəlik işlərini planlamaq, ehtiyacları qabaqcadan düşünmək, görülən və görülməyən işləri izləmək də ciddi zehni əmək tələb edir. Bu yük çox vaxt görünməz qaldığı üçün tərəflərdən biri özünü dəyərsiz və yüklənmiş, digəri isə gözlənilməz vəziyyətdə hiss edir.

“Sən artıq bizə vaxt ayırmırsan” mübahisəsi isə psixoloqun fikrincə, ən təhlükəli qarşıdurmalardan biridir. Həyat tempi sürətləndikcə yaxınlıq üçün ayrılan vaxt azalır. Mübahisənin kökündə isə qrafik deyil, tədricən uzaqlaşmaq qorxusu dayanır.

2021-ci ildə aparılan bir araşdırma göstərib ki, münasibətlərdən məmnunluğa ən çox təsir edən amil mübahisələr deyil, gündəlik, sadə ünsiyyətlərdir. Bir-biri ilə daha çox danışan cütlüklər münasibətlərini daha yaxın və dəyərli hesab edirlər. Əksinə, ünsiyyətin azalması münasibətlərə mənfi təsir göstərir.

Mütəxəssislər vurğulayırlar ki, bu cür mübahisələrə yalnız səthi səbəblər prizmasından baxmaq problemi dərinləşdirir. Əsas məsələ qarşı tərəfin emosional ehtiyaclarını vaxtında görmək və düzgün ünsiyyət qurmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri