Icma.az
close
up
RU
Bu cütlüklər daha çox mübahisə EDİR

Bu cütlüklər daha çox mübahisə EDİR

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ayrı büdcə saxlayan cütlüklər maliyyə məsələlərinə görə ortaq büdcə ilə yaşayan tərəfdaşlarla müqayisədə daha çox mübahisə edir.

Redaktor.az xəbər verir ki, bu barədə Level Group şirkətinin apardığı araşdırmada qeyd olunub.

Araşdırmaya görə, ayrı büdcə ilə yaşayan cütlüklərin 80 faizi pul məsələsinə görə mübahisə etdiyini bildirib. Ortaq büdcə saxlayan cütlüklərdə isə bu göstərici 44 faiz təşkil edib.

Sorğuda iştirak edənlərin 52 faizi maliyyələrini birləşdirdikdən sonra pul üstündə mübahisələrin tamamilə dayandığını bildirib. Daha 34 faiz isə maliyyə məsələləri ilə bağlı münaqişələrin əhəmiyyətli dərəcədə azaldığını qeyd edib. İştirakçıların 14 faizinin fikrincə isə büdcənin birləşdirilməsi münasibətlərə təsir etməyib.

Araşdırmada cütlüklərin maliyyə məsələlərini müzakirə etməyə tələsmədiyi də məlum olub. Respondentlərin 30 faizi münasibətlərin birinci ilindən sonra belə ortaq büdcə barədə danışmaqdan yayındığını bildirib. Daha 29 faiz isə maliyyə məsələlərini açıq şəkildə müzakirə etməyə hələ də çəkindiyini deyib.

Sorğu iştirakçılarının yalnız 18 faizi münasibətlərin ilk mərhələsində pul məsələlərini müzakirə etməyə başladığını bildirib. Digər 18 faiz isə bu mövzuda söhbətə yalnız bir ildən sonra başlayıb.

Level Group-un ipoteka şöbəsinin rəhbəri Yulian Oveçkin bildirib ki, birgə ipoteka krediti maliyyə məsələlərinin daha açıq müzakirəsinə səbəb olan amillərdən biridir. Onun sözlərinə görə, birgə ipoteka krediti rəsmiləşdirən cütlüklərin 46 faizi bundan sonra pul məsələlərini daha tez-tez və ətraflı müzakirə etməyə başlayıb.

Klinik psixoloq və sxem-terapevt Kirill Qorşenin isə ayrı büdcənin özlüyündə münasibətlərdə problem olduğunu göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəfdaşlar əvvəlcədən razılaşdıqları halda maliyyə müstəqilliyini qoruyub saxlaya bilərlər.

Mütəxəssis bildirib ki, münasibətlər üçün daha ciddi problem gizli borcların, kreditlərin, böyük xərclərin və ya gəlir itkisinın tərəfdaşdan gizlədilməsidir.

Ekspertin fikrincə, pul haqqında söhbətlər yalnız xərclərlə bağlı deyil, həm də emosional ehtiyaclarla əlaqəlidir. Maliyyə tərəfdaşlar üçün qayğı, təhlükəsizlik, yaxud əksinə, güc və təzyiq simvolu kimi qəbul edilə bilər. Buna görə də “çox pul xərcləyirsən” kimi ifadələrin arxasında bəzən gələcəklə bağlı narahatlıq və ya dəstək çatışmazlığı hissi dayana bilər.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri