2025 ci ildə Krasnodar ı çempion edən Musayev yox, futbolçular olub
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Rusiya milli komandasının keçmiş futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın baş məşqçisi Murad Musayevin hazırkı uğurlarından danışarkən, onun "Sabah"ın məşqçisi kimi fəaliyyətinə də toxunub.
Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan veteran futbolçu Musayevin Azərbaycandakı işi barədə bunları deyib:
"Musayev RPL-də oktyabr və noyabr aylarının ən yaxşı məşqçisidir? O, "Sabah"a gedib Azərbaycan çempionatında heç nəyə nail ola bilməyəndə niyə heç kim onu tərifləmirdi? 2017-ci ildən bəri dünyanı gəzən, amma heç nəyə nail olmayan Leonid Slutski ilə də eyni şey baş verir. Bu cür personajlar futbola daxil olur, görkəmli insanlar isə kənarda dayanıb baxırlar. Necə ki, 2013-cü ildə ÇSKA-nı çempion edən Slutski yox, oyunçular olub. 2025-ci ildə də “Krasnodar”ı çempion edən Musayev yox, futbolçular olub".
57 yaşlı futbol adamı “Spartak”(Moskva), “Benfika”, “Kan”, “Strasburq”, “Selta”, “Alaves” klublarında oynayıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 31 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















