2025 ci ildə Rusiya miqrantların üzünə bağlansın!
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
...Rusiya və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Rusiya Liberal Demokrat Partiyası (LDPR) ən azı bu ilin sonuna qədər miqrantların ölkəyə girişinə tam qadağa tətbiq edilməsinin tərəfdarıdır.
SİA-nın məlumatına görə, bu barədə partiyanın lideri Leonid Slutski RİA Novosti-yə müsahibəsində bildirib.
O, mümkün kütləvi iğtişaşların və gələn dini ekstremistlər tərəfindən terror fəaliyyətinin artmasının qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Rusiyada miqrantların sayı kritik həddə çatıb.
Rosstatın məlumatına görə, 2024-cü ildə miqrantların artımı rekord 568,5 min nəfər təşkil edib ki, bu da 1995-ci ildən bəri maksimum göstəricidir.
Slutski hesab edir ki, Rusiyaya miqrasiya siyasətində aydın strategiya lazımdır, onun prioriteti vətəndaşların təhlükəsizliyi və sosial müdafiəsi olmalıdır.
O, miqrantların ailələrini gətirmək, vətəndaşlıq və ya sosial müavinət almaq imkanı olmadan yalnız məhdud sayda, müəyyən müddətə iqtisadiyyata buraxılmasını təklif edib.
...Qərb ölkələrində yaranmış vəziyyətin təkrarlanmasına yol verməmək lazımdır, burada miqrantlar öz qaydalarını müəyyən edir, işlərini əlindən alır, cinayətkarlıqla məşğul olurlar.
Əli Babayev
Baxış sayı:114
Bu xəbər 14 Mart 2025 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















