Icma.az
close
up
RU
2025 ci ilin ən gözəl dizayna malik 10 maşını Foto

2025 ci ilin ən gözəl dizayna malik 10 maşını Foto

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avtomobil dizaynı alıcıların diqqətini ilk cəlb edən amildir. 2025-ci ildə avtomobil istehsalçıları zərifliyə, futurizmə və klassikanın müasirliklə sintezinə stavka edərək, təkərlər üzərində əsl sənət əsərləri yaradıblar.

2025-ci il üçün ən gözəl dizayna malik ən yaxşı 10 avtomobil arasında dünya miqyasında maşın həvəskarlarının qəlbini fəth edən modellər var. Bu reytinqdə premium krossoverlərdən tutmuş dəbli hibridlərə qədər yollarda fərqlənən avtomobillər yer alır.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Getcar.ru nəşri yazıb.

Beləliklə, bu il hansı avtomobillərin dizayn üzrə liderlər kimi ortaya çıxdığına nəzər salaq:

"Genesis GV80 Coupe": Hərəkətdə eleqantlıq

2024-cü ildə yenilənmiş versiyada təqdim edilən "Genesis GV80 Coupe" 2025-ci ildə də xoş təsir yaratmağa davam edir. Cənubi Koreya brendinin bu kupeyəbənzər krossoveri özündə dəbdəbəni və dinamikanı birləşdirir. Onun hamar xətləri, nəhəng barmaqlığı və dəbli LED faraları təmkinli, amma fərqlənən obraz yaradır.

"GV80 Coupe" dəri və ağac kimi premium materiallardan istifadə edilərək modernləşdirilmiş interyerə malikdir. Avtomobilin xarici görünüşü uzun kapotu və maili dam xətti ilə fərqlənir və maşına idman silueti verir. Lakin baqaj bölməsi elə də geniş olmadığına görə ailəvi səyahətlər üçün mənfi cəhət sayıla bilər. Nəticədə "Genesis GV80 Coupe" stil və statusa dəyər verənlər üçün idealdır.

"Toyota Prius": Futuristik hibrid

2023-cü il yeniləməsindən sonra "Toyota Prius" "boz siçan"dan əsl dizayn şedevrinə çevrilib, 2025-ci ildə isə liderlər sırasında qalmağa davam edir. Maşının futuristik ön hissəsi və idman silueti hibridi bazardakı ən dəbli modellərdən birinə çevirib.

İnteryeri ekoloji materiallara vurğu edilməklə minimalist stildə hazırlanıb. Lakin bəziləri üçün arxa oturacaq dar görünə bilər. Buna baxmayaraq, "Prius" səmərəlilik və üslubun birləşməsini axtaranlar üçün ideal seçim olaraq qalır.

"Range Rover Velar": Müasirlikdə klassika

2018-ci ilin ən gözəl avtomobili seçilən "Range Rover Velar" 2025-ci ildə də dizayn etalonu olaraq qalmaqda davam edir. Onun minimalist üslubu, hamar xətləri və incə detalları bu krossoveri əsl ikonaya çevirir.

"Velar" açılan qapı tutacaqları və LED faralar kimi müasir elementlərlə tamamlanan kult kvadrat siluetini qoruyub saxlayır. Salonda premial materiallar və avtomobilin bütün funksiyalarını idarə edən böyük sensor ekran var. Məsələn, dəri və taxta bəzəklər lüks atmosfer yaradır. Lakin yüksək qiymət bəzi alıcıları qorxuda bilər. Nəticədə, "Velar" klassika və innovasiyanın birləşməsini qiymətləndirənlər üçün idealdır.

"Jaguar F-Type": İdman zərifliyinin təcəssümü

Kupe və kabriolet kuzovlarında mövcud olan "Jaguar F-Type" avtomobili brendin idman ruhunun təcəssümüdür. 2025-ci ildə bu model aqressivliyi və incəliyi özündə birləşdirən dizaynı ilə heyran etməyə davam edir.

"F-Type" uzun kapotu, alçaq profili və geniş təkər tağları sayəsində seçilir. LED faralar və xrom elementlər zəriflik əlavə edir. Salonda dəri və zamşa bəzəklər, eləcə də qızdırılan oturacaqlar və sükan var. Lakin interyer lüksdən daha funksionaldır ki, bu da bəzilərini məyus edə bilər. Beləliklə də, "F-Type" parlaq dizaynlı idman avtomobili axtaranlar üçün uyğundur.

"Land Rover Defender": Müasir yanaşma ilə retro stili

"Land Rover Defender" 2025-ci ildə özündə retro stili və müasir texnologiyaları birləşdirir ki, bu da onu 2025-ci ilin ən gözəl dizayna malik 10 avtomobili reytinqində liderlərdən birinə çevirir. Avtomobilin bucaqlı silueti və dairəvi faraları klassikaya yeni baxışdır. "Defender" genişlənmiş qanadları və yüksək klirensi sayəsində yolsuzluq xarakterini qoruyub saxlayır. LED faralar və bucaqlı arxa profil xarici görünüşü tamamlayır. İçəridə geniş salon mövcuddur, lakin materialların keyfiyyəti həmişə qiymətə uyğun gəlmir. Məsələn, bəzi yerlərdə plastik ucuz kimi görünür. Bundan əlavə, "Defender" brutallığı və stili bir flakonda qiymətləndirənlər üçün idealdır.

"Geely Coolray": Gənclər üçün parlaq stil

2024-cü ildə təqdim edilən ikinci nəsil "Geely Coolray" öz dizaynı sayəsində Çin avtomobilləri arasında əsl ulduza çevrilib. 2025-ci ildə də maşın gəncləri cəlb etməyə davam edir.

"Coolray" böyük radiator barmaqlığı və aqressiv faraları olan parlaq dizaynı ilə seçilir. Salonda rəqəmsal cihaz paneli və səs idarəetməsini dəstəkləyən böyük sensor ekran var. Lakin materialların keyfiyyəti premial brendlərdən aşağıdır. Buna baxmayaraq, "Coolray" münasib qiymətə stil axtaranlar üçün əla seçimdir.

"Volvo EX90": Elektrik estetikası

2024-cü ildə satışa çıxarılan "Volvo EX90" 2025-ci ildə ən dəbli elektrokrossoverlərdən birinə çevrilib. Onun minimalist Skandinaviya dizaynı və futuristik elementləri maşını reytinqdə lider edib.

"EX90" təmiz xətləri və kuzovun hamar səthləri ilə heyranedicidir. LED faralar və ənənəvi radiator barmaqlığının olmaması onun elektrik təbiətini vurğulayır. Salonda ekoloji materiallar və böyük sensor ekran var. Lakin 70 000 dollarlıq qiymət bəzi alıcılar üçün çox yüksək ola bilər. Nəticədə "EX90" ekoloji cəhətə və stilə dəyər verənlər üçün uyğundur.

"Audi A8 L": Lüksün və texnologiyanın balansı

"Audi A8 L" 2025-ci ildə dizaynı və texnologiyası ilə heyran etməyə davam edən sedandır. Uzun kuzovu və incə xətləri onu reytinqdə ən zərif avtomobillərdən birinə çevirir. "A8 L" geniş təkər tağları və LED faraları ilə seçilir. Salonda dəri bəzək və karbon lifi, eləcə də arxadakı sərnişinlər üçün geniş yer var. Lakin yüksək yanacaq sərfiyyatı mənfi cəhət kimi görülə bilər. Beləliklə də, "A8 L lüks" lüks və rahatlıq axtaranlar üçün idealdır.

"Chery Tiggo 8 Pro Max": Çin avtomobil sənayesinin ulduzu

"Chery Tiggo 8 Pro Max" yenilənmiş dizaynı sayəsində 2025-ci ildə əsl kəşf olub. Bu krossover özündə üslub və funksionallığı birləşdirir ki, bu da onu 2025-ci ilin ən gözəl dizayn edilmiş 10 avtomobili arasında layiqli iştirakçıya çevrilir.

"Tiggo 8 Pro Max" yeni faralar və daha böyük multimedia sistemi displeyi ilə təchiz olunub. Radiatorun böyük barmaqlığı və LED faralar sayəsində avtomobil xaricdən müasir görünür. Salonda təkmilləşdirilmiş bəzək materialları var. Lakin bəzi interyer elementləri sadə görünə bilər. Bundan əlavə, iki turbomühərriki (1.6 və 2 litr) dinamika əlavə edir. Nəticədə, "Tiggo 8 Pro Max" dəbli və praktik seçimdir.

"Tesla Model Y": Minimalizm və futurizm

2025-ci ildə satışların azalmasına baxmayaraq, "Tesla Model Y" özünün minimalist üslubu sayəsində dizayn liderləri arasında qalır. Bu elektrokrossover avtomobil sənayesində trendlər yaratmağa davam edir.

"Model Y" zərif xətləri və lazımsız detallarının olmaması ilə seçilir. Məsələn, panoramik dam və futuristik faralar müasir görünüş yaradır. Salonda nəhəng mərkəzi ekranı olan minimalist dizayn mövcuddur. Lakin yığım keyfiyyəti bəzən sahiblərdə suallar doğurur. Buna baxmayaraq, "Tesla Model Y" trenddə olmaq istəyənlər üçün seçimdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Yanvar 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri