Icma.az
close
up
RU
2025 ci ilin ən yaxşı 10 serialı Siyahı

2025 ci ilin ən yaxşı 10 serialı Siyahı

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az 2025-ci ilin ən yaxşı seriallarının siyahısını təqdim edir:

"Adolescence" (Netflix)

Qısa müddətdə böyük uğur qazanaraq “Qızıl Qlobus”dan dörd mükafatla dönən “Adolescence” mini-serialı Filip Barantini və Stiven Qrehemin növbəti uğurlu işbirliyidir. Serial 13 yaşlı oğullar; Ceyminin qətldə ittiham olunması ilə sarsılan Miller ailəsinin dramından bəhs edir. “Kəsintisiz çəkiliş” (one-shot) texnikası ilə lentə alınan bu ekran işi başlanğıcda texniki ustalığı ilə diqqət çəksə də, ssenari irəlilədikcə tamaşaçını personajların daxili dünyasına və hadisələrin daha dərin qatlarına aparır.

"Death by Lightning" (Netflix)

Kendis Millardın 2011-ci ildə işıq üzü görmüş “Destiny of the Republic: A Tale of Madness, Medicine & the Murder of a President” kitabı əsasında çəkilən bu dörd hissəli mini-serialın ssenari müəllifi Mayk Makovskidir. Ekran işi ABŞ-nin 20-ci prezidenti Ceyms A. Qarfildin öz sadiq pərəstişkarı Çarlz J. Qito tərəfindən güllələnməsi və vəfatı ilə nəticələnən hadisələr ətrafında qurulub. Metyu Makfadyen, Maykl Şennon, Betti Qilpin, Nik Offerman, Bredli Uitford və Laura Markusdan ibarət parlaq aktyor heyəti tamaşaçıların diqqətini maqnit kimi özünə çəkir.

"Dying For Sex" (Hulu / Disney+)

Molli Koçanın öz real həyat hekayəsini paylaşdığı eyniadlı podkasta əsaslanan bu mini-serial sarsıdıcı bir həqiqətdən bəhs edir. 2015-ci ildə, 42 yaşında dördüncü dərəcəli süd vəzi xərçəngi diaqnozu qoyulan Molli 15 illik həyat yoldaşını tərk edərək öz daxili dünyasına boylanır. Xəstəliyin son mərhələdə olduğunu anlayan qadın həm də serialın prodüseri olan ən yaxın dostunun dəstəyi ilə illərdir gizli qalan cinsi arzularının dalınca düşür. Bu əsər qara yumorla emosional sarsıntının birləşdiyi ilhamverici bir hekayədir.

"Empathie" (Canal+)

Nəzərinizdən qaçırmayın: “Empathie” bu ilin layiq olduğu diqqəti görməmiş, lakin mütləq baxılmalı olan ekran əsərlərindən biridir. Əgər Florens Lonqpre imzası ilə hələ tanış olmamısınızsa (bəlkə, bir çoxlarınız onun “M’entends-tu?” serialını xatırlayar), çox şey itirdiyinizi demək olar. Lonqpre bu layihədə həm ideya müəllifi, həm ssenarist, həm də baş rol ifaçısı kimi çıxış edərək çoxşaxəli istedadını nümayiş etdirir. Serial Monrealda kriminoloq işlədikdən sonra psixiatriya sahəsinə keçən Süzan Bien-Eymenin mürəkkəb həyat hekayəsindən bəhs edir. Bu, ağır psixoloji dram toxunduğu sarsıdıcı mövzuları incəliklə işləyərək tamaşaçının daxili dünyasına nüfuz etməyi bacarır.

"Forever" (Netflix)

Hər şey bizə tanış olan o hisslərdən ibarət idi... ta ki hər şey dəyişənə qədər. Mara Brok Akilin imzasını daşıyan “Forever” Cudi Blumun 1975-ci ildə qələmə aldığı və ABŞ-də uzun müddət qadağan olunmuş kitablar siyahısında qalan eyniadlı klassik romanının motivləri əsasında ərsəyə gətirilmiş bir yeniyetməlik dramıdır. Serial tamaşaçını ilk eşqin təlatümlü həyəcan dalğasına qərq edərək coşqu, qorxu və çaşqınlığın bir-birinə qarışdığı o unudulmaz hissləri yenidən canlandırır.

"Hal & Harper" (MUBI)

Taleyi bir-birinə düyünlənmiş iki qardaşın həyatından bəhs edən "Hal & Harper" ailə münasibətlərinə dair dərin müşahidələri ilə ilin ən çox müzakirə olunan layihələrindən birinə çevrilib. Kuper Reyffin həm müəllifi olduğu, həm də rejissor və baş rol ifaçısı kimi çıxış etdiyi bu serial emosional asılılıq, keçmişin kölgələri ilə üz-üzə gəlmək və yetkinliyə qədəm qoymağın çətinliklərini araşdırır. Lili Reynhart və Mark Ruffalonun qüsursuz performansı isə hekayənin emosional təsir daha da gücləndirir.

"Heated Rivalry" (Crave / HBO Max)

Buz arenalarının sərt rəqabəti ilə gizli bir eşqin ehtirasını birləşdirən “Heated Rivalry” Reyçel Reydin “Game Changers” romanı əsasında ekranlaşdırılıb. Baş qəhrəmanların rəqabətindən doğan qığılcımlar gizli bir münasibətə çevriləndə biz onların həm idman dünyasının qatı qaydaları, həm də öz daxili ziddiyyətləri ilə mübarizəsini izləyirik. Serial sadəcə ehtiraslı anlarla kifayətlənməyərək kimlik və aidiyyət kimi universal mövzuları idmana məxsus dinamik bir ritmlə uzlaşdırır. Cəsur nəql üslubu və güclü aktyor oyunu ilə “Heated Rivalry” ilin ən diqqətçəkən romantik dramlarından biridir.

"Paradise" (Hulu / Disney+)

Den Foqelmanın qələmindən çıxan “Paradise” ilk baxışda sadəcə siyasi triller təsiri bağışlasa da, arxa plandakı insan dramı və xarakter təhlilləri ilə daha dərin qatlara nüfuz edir. Bir prezidentin qəfil ölümü ilə sarsılan “Cənnət” (Paradise) adlı qəsəbədə, məxfi xidmət agenti Ksavye Kollinsin həm cinayəti araşdırır, həm də öz prinsipləri ilə üz-üzə qalır. Sterlinq K. Braunun emosional performansı, Culian Nikolsonun ağıllı və soyuqqanlı sahibkar obrazı, Ceyms Marsdenin isə faciəvi prezident fiquru ilə tamaşaçı həm siyasi intriqaların, həm də şəxsi itkilərin labirintində var-gəl edir..

"The Pitt" (HBO Max)

“The Pitt” serialında hadisələr Pittsburqda gərginliyin pik həddə çatdığı bir təcili yardım şöbəsində cərəyan edir. Təcili yardım siqnalları, qorxu içində qaçışan tibbi personal... Məşhur “ER” serialının təcrübəli ssenaristi R. Skott Qemmill tərəfindən yaradılan bu layihə adət etdiyimiz xəstəxana dramlarının sərhədlərini aşır. O, sistemin labirintlərini, tibb işçilərinin görünməz travmalarını və bu 15 saatlıq növbədə “insan qala bilməyin” çətinliyini sərt, çılpaq və az qala sənədli film estetikasında çatdırmağı bacarır.

"Riot Women" (BBC One)

“Happy Valley” və “Gentleman Jack” seriallarının yaradıcısı Salli Ueynraytdan növbəti layihə: “The Riot Women”! Orta yaş dövrünü yaşayan beş qadın monoton həyatlarının axarını dəyişmək üçün bir pank qrupu yaradırlar. Onlar orta yaşlı və klimaks dövründəki qadınların cəmiyyətdəki “görünməzliyinə” dair mahnılar bəstələməyə başlayırlar. Övladları böyüdükcə yaşlı valideynləri və yola gedilməsi çətin olan həyat yoldaşları ilə bağlı qayğıları artsa da, onlar həyatlarını yenidən çək-çevir eləməkdən çəkinmirlər. Ən təsirli məqam isə odur ki, artıq itiriləcək heç nəyi olmayanların o sarsılmaz azadlığını kəşf edirlər.

Sənin üçün uçmağa davam edirəm... - Günün mahnısı Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi? Güllələr demədi geri qayıdın - İsa İsmayılzadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Yanvar 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri