Icma.az
close
up
RU
2025 ci ilin ən maraqlı sitatları

2025 ci ilin ən maraqlı sitatları

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il beynəlxalq turnirlər baxımından heç də zəngin olmadı: yalnız yayda ABŞ-də ilk dəfə 32 komandanın iştirakıyla təşkil edilən Klublararası Dünya Çempionatı xüsusi vurğulana bilər. Futbol dünyasında bu oyunla bağlı müxtəlif problemlərə münasibətlər həmişəki kimi fərqli idi. İndi geriyə boylanaraq futbol adamlarının ilin 12 ayı ərzində səsləndirdikləri ən maraqlı fikirləri xatırlayaq.
Yanvar
Alan Şirer, İngiltərə yığmasının sabiq hücumçusu: “O, “Siti”də uzun müddət qalacaqsa, şübhəsiz ki, mənim rekordumu yeniləyəcək (Şirer premyer-liqada 260 qol vurub – R.Y.). Holannın nə qədər qol vuracağını deyə bilmərəm, amma ona yalnız Keyn ilə Salah çata bilər. Böyük bombardirlər mənə qədər də mövcud olub. Onlar da vaxtilə müəyyən rekordlara adlarını yazıblar. Bir gün mənim də rekordumu arxada qoyan olacaq. Buna əminəm”.
Fevral
Pyerluici Kollina, FİFA-nın Hakimlər Komitəsinin sədri: “Qapıçı oyun zamanı penaltini dəf edərsə, rəqib oyunçunun təkrar zərbə endirməsinə imkan verilməməlidi. Fikrimcə, bu halda qapıya yalnız bir zərbə vurulmalıdı. Artıq bu haqda fikrimi Beynəlxalq Futbol Assosiasiyaları Şurasındakı müzakirələr zamanı irəli sürmüşəm. Yəni oyundan sonrakı penalti seriyasındakı qayda matçın əsas və əlavə vaxtında da tətbiq olunmalıdı: ya qol vurursan, ya da top qapıdan zərbə ilə oyuna daxil edilir”.
Mart
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Başa düşə bilmirəm. Son oyunumuzdan 3 gündən də az vaxt keçib. Ancaq təqvim belədi. Ümid edirəm ki, bir gün qrafik dəyişdirilər. Gərgin mövsümdü, 3 gündən bir oyun keçiririk. Bəli, meydana mən çıxmıram. Amma futbolçuları oyuna hazırlamalıyam. La Liqa “Vilyarreal” ilə oyunumuzu niyə bir neçə gün sonraya təxirə salmadı (“Real” çərşənbə günü Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə qarşılaşıb, şənbə günü isə La Liqada “Vilyarreal”a qarşı oynayıb – R.Y.)? Televiziya, pul və başqa hər şeylər onlar üçün prioritetdi. La Liqanın rəhbərliyi üçün pul futbolçuların sağlamlığından önəmlidi”.
Aprel
Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “İngiltərə premyer-liqası pul itkisidi. Biz idmana sərmayə qoyulması baxımından ən səmərəli liqayıq. İtaliya öz çempionatına böyük sərmayə qoyur, lakin bu liqanın oyunçuları transfer bazarında yüksək qiymətləndirilmir. Biz iqtisadi səmərəlilik və liqanın bütövlüyü üçün çalışmalıyıq. Çempionatın inkişafına ən çox sərmayə qoyan bizim klublarımızdı. İndi mövcud olan məhsuldarlıq forması ən aktualdı”.
May
Aleksander Çeferin, UEFA-nın prezidenti: “Çempionlar Liqasının yeni formatı böyük uğur qazandı. Düşünürəm ki, futbolu sevən və anlayan hər kəs başa düşər ki, bu mövsüm fantastik keçdi. Həqiqətən əla oyunlarımız oldu. Qrup mərhələsinin son günü inanılmaz idi. Bəzi böyük komandalar ciddi şəkildə turnirdən kənar qalmaq təhlükəsi ilə üzləşmişdilər. Məsələn, hazırda yarımfinalda olan PSJ. Parislilər bir-iki oyunu uduzsaydılar, turnirdən kənarda qalacaqdılar. Yəni, fantastik bir mövsüm alındı. Düşünürəm ki, hətta daim hər şeyi tənqid edənlər belə indi bunu başa düşüblər. Onlar bunu etiraf etmək istəyirlərsə, bu, artıq başqa məsələdi. “İnter” isə liqa mərhələsini keçərək yarımfinala çıxan yeganə İtaliya komandasıdı”.
İyun
Xuan Laporta, “Barselona”nın prezidenti: “Biz büdcəmizi gücləndirmək üçün çalışırıq. Çəkdiyimiz iztirabların təkrarlanmasını istəmirik. Artıq sabitlikdən müsbət nəticəyə keçmişik. Futbolçularımızın hamısı çox yüksək bazar dəyərinə malikdi. Bu, bizim hazırkı durumumuzu yaxşılaşdırır və gələcəyə zəmanət verir. İqtisadiyyatın bərpası bizim çətinliklərə baxmayaraq, həyata keçirdiyimiz strateji plana əsaslanır. Bu mövsüm 980 milyon avro gəlirimiz olacaq. Büdcə ilk dəfə 1 milyard avronu keçəcək. Biz borcumuzu azaltmağa çalışırıq və buna nail oluruq. İqtisadiyyatın bərpasının bu mərhələsini görməkdən məmnunuq”.
İyul
Rafinya, “Barselona”nın hücumçusu: “Konkret olaraq Avropa klublarında oynayanlar haqda danışsam, indi istirahətdə olmalıydıq. Çoxları bunun bəhanə olduğunu deyirlər. Ola bilsin ki, belədi. Ancaq belə olmaya da bilər. Amma istirahətdən imtina etmək çox çətindi. İstirahət etmək bizim haqqımızdı. Hər bir futbolçu azı bir ay dincəlməyə layiqdi. Lakin bizlərin bəziləri belə imkan qazanmırlar. Mənim baxış bucağıma görə, oynamağa məcbur edilməyin çox pis haldı. İndiyədək heç kim futbolçulardan əlavə yüklənməni istəyib-istəmədiklərini soruşmayıb”.
Avqust
Fernando Santuş, Azərbaycan yığmasının baş məşqçisi: “Bu, mənim üçün böyük şok və ağır itkidi. Bakıya qayıtmışdım, xəbərləri izləyirdim və bu məlumat məni təəccübləndirdi. Onun ailəsinə və “Portu” klubuna dərin hüznlə başsağlığı verirəm. O, mənim dostum idi. Mən “Portu”nu çalışdırdığım üç il ərzində Jorje komandanın kapitanı idi. Biz çox güclü münasibətlərə malik idik. O, meydanda da, meydandan kənarda da əsl lider idi. Koşta əslində “Portu”nun rəmzinə çevrilmişdi. Təkcə klubun deyil, ümumilikdə Portuqaliya futbolunun tarixində iz qoymuş bir oyunçudu. Eyni zamanda 1991-ci ildə Lissabonda 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi olan nəslin futbolçularından biri idi...”
Sentyabr
Ruben Amorim, “Mançester Yunayted”in baş məşqçisi: “Qvardiola ilə müqayisədə mənə daha çox təzyiq edilir? Yox, belə müqayisə aparmaq lazım deyil. Bu oğlan daim qalib gəlir. Hətta bir müddət qələbə qazanmayanda belə sakit tərzdə işləmək imkanına malik olur. Mən isə komandamda bacarıqlarımı hər gün nümayiş etdirməyə məcburam. Bunu daim üzərimdə hiss edirəm. Amma mənə belə vəziyyət rahatdı. Klubun bazasına gəldiyim hər gün daha yaxşı olmağa çalışmalıyam. Qvardiola ilə özümü bu baxımdan müqayisə etmək mənə gülünc görünür. Bizim daha ciddi problemlərimiz var. Və problemlərin hələ bir müddət də mövcud olacağı dəqiqdi. Amma onları həll etməyə çalışırıq. Hərdən mövcud vəziyyətə görə qəzəblənir, özümüzdən çıxırıq. Bununla belə, çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. Əvvəlki günə nisbətən daha yaxşı görünməyə çalışırıq. Uğurlu çıxış üçün qol vəziyyətlərindən daha yaxşı yararlanmaq və qələbələr qazanmaq lazımdı”.
Oktyabr
Mişel Platini, UEFA-nın sabiq prezidenti (FİFA-nın onu korrupsiya ittihamları səbəbindən 8 il müddətinə futboldan kənarlaşdırması haqda fikirləri): “İdman məhkəməsi başdan ayağa qalmaqaldı. İsveçrədə komissiyaların sədrlərini FİFA təyin edir. Hər şey eyni adamların əlindədi. Bu, İsveçrə mafiyasıdı. Orda yerləşən idman tribunalı FİFA rəhbərliyinin silahlı qanadıdı. Bəziləri mənim FİFA-nın prezidenti olmağımı istəmirdilər. Onlar məni məhv etmək qərarına gəldilər. Ancaq bir müddətdən sonra idman məhkəməsi rüsvayçılıqla üzləşdi, haqqımda çıxarılan cəza qərarının yanlış olduğu sübut edildi (Platini 2022-ci ildə İsveçrə Məhkəməsinin qərarı ilə dələduzluq və yanlış idarəetmə ilə bağlı ittihamlardan qurtularaq bəraət qazanıb – R.Y.). Futbol nə FİFA-ya, nə də UEFA-ya məxsusdu, futbol xalqın oyunudu”.
Noyabr
Rafael Urazbaxtin, “Kayrat”ın baş məşqçisi: “Çempionlar Liqasında oynayan “Kayrat” “Zenit” ilə “Spartak”dan güclüdü? Yox, mən belə düşünmürəm. Fkrimcə, Rusiya komandaları daha güclüdülər. Bu komandaların oyunçularının səviyyəsi çox yüksəkdi. Rusiya klubları məlum səbəbdən avrokuboklarda çıxış etmirlər. Əks halda beynəlxalq turnirlərdə bizdən daha yaxşı nəticə göstərərdilər. Məncə, Rusiya premyer-liqasında azı ilk 6 yeri tutan komandalar Qazaxıstan klublarından səviyyəcə üstündülər. Bu il təlim-məşq tolanışında Mahaçqala “Dinamo”su, “Nijni Novqorod” və “Ximki” ilə qarşılaşmışıq. Bu rəqiblərlə oyunlarımız çox çətin keçmişdi. Mən daha “Lokomotiv” və “Spartak”ın adını çəkmirəm. “Kayrat” yalnız bu il mövsümü məlum səbəbdən dekabrın ortalarına qədər uzada bilib. Odu ki, yalnız bir ilə görə müqayisələr aparmaq düzgün deyil. Rusiya çempionatı daha güclü liqadı. Oyunçuların ümumi səviyyəsi, oyunların sürəti yüksəkdi. Nəyi müqayisə edək? Sizin stadionlarınızın yaşıl meydanı Qazaxıstandakı arenalarla müqayisədə daha keyfiyyətlidi”.
Dekabr
Canni İnfantino, FİFA-nın prezidenti: “FİFA-nın ilk Sülh Mükafatını ABŞ-nin prezidenti Donald Trampa təqdim etmək mənim üçün böyük şərəf və sevinc idi. Onun üstün liderliyi və fəaliyyətləri sayəsində dünyanın sülh və birlik içində olmasına verdiyi töhfələr əvəzolunmazdı. Futbol sülhü, birliyi və həmrəyliyi simvolizə edir. Biz cənab Trampın dünyada sülh və birliyi təbliğ edən istisna və nümunəvi fəaliyyətlərini yüksək qiymətləndiririk. Prezidentə gördüyü işlər üçün təşəkkür edirəm. O, həmişə mənim və bütün futbol ictimaiyyətinin dəstəyinə arxalana bilər”.
RAMİL YUSİFOV hazırladı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Yanvar 2026 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri