Icma.az
close
up
RU
Dünyanın idman ili: 2025 ci ilin ən maraqlı YARIŞLARI

Dünyanın idman ili: 2025 ci ilin ən maraqlı YARIŞLARI

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

2025-ci ildə dünyada bir-birindən maraqlı idman yarışları keçirilib. Yay Olimpiya Oyunları, futbol üzrə Avropa çempionatı kimi böyük turnirlər məhz geridə qoyduğumuz ilə təsadüf edib.

Oxu.Az ötən ildə keçirilən ən mötəbər idman yarışlarını yada salır.

Yanvar

Dünyanın ən güclü tennisçiləri mövsümün ilk Avstraliya Açıq Çempionatında yarışıblar. Turnirin qadınlar arasında qalibi Medison Kiz, kişilər arasında isə Yannik Sinner olublar.

Fevral

Fevralın 9-da okeanın o tayı - ABŞ-də Milli Futbol Liqasının əsas oyunu olan Superboul 59-cu dəfə oynanılıb. Finalda "Kanzas Siti"ni məğlub edən "Filadelfiya İqlz" komandası Amerika futbolu turnirinin ən güclüsü adına yiyələnib.

Mart

Avtoidmansevərlər martın 16-da mövsümün ilk Qran-prisini izləyiblər. Start Avstraliyanın Melburn şəhərində verilib. "Formula-1"in Bakı mərhələsi isə sentyabrın 19-21-də keçirilib.

May

UEFA Çempionlar Liqasının həlledici matçı mayın 31-də baş tutub. Qarşılaşma Almaniyanın Münhen şəhərində məşhur "Alianz Arena" stadionunda keçirilib. Final matçında Fransanın "Pari Sen-Jermen" (PSJ) klubu İtaliya təmsilçisi "İnter"i 5:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə bu turnirin qalibi olub.

İyun

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off final mərhələsinin yeddinci oyununda "Oklahoma" öz meydanında "İndiana"ya 103:91 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

İyul

İyunun 15-dən iyulun 13-dək klublararası dünya çempionatı keçirilib. Nyu-Cersi ştatında yerləşən "MetLayf" stadionunda oynanılan final görüşündə İngiltərənin "Çelsi" klubu UEFA Çempionlar Liqasının son qalibi, Fransa təmsilçisi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

İyunun 30-dan iyulun 13-ə qədər İngiltərənin London şəhərində tennis üzrə Uimbldon turniri keçirilib. Final görüşündə italiyalı Yannik Sinner ispaniyalı Karlos Alkarası məğlub edib. Gərgin keçən final qarşılaşması Sinnerin 4:6, 6:4, 6:4, 6:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Yannik Sinner karyerasında ilk dəfə Uimbldonun qalibi olub.

Avqust

UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Avropa Liqasının qalibi arasında keçirilən UEFA Superkuboku uğrunda oyun avqustun 14-də keçirilib.

İtaliyanın Udine şəhərində yerləşən "Dacia Arena" stadionunda UEFA Çempionlar Liqasının qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi "Tottenhem" arasında keçirilən matçın əsas vaxtı heç-heçə bitdiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib.

Burada daha dəqiq olan (4:3) Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokuna yiyələnib.

Sentyabr

Yaponiyanın ev sahibliyi etdiyi Dünya Atletika Çempionatında tarixdə ilk dəfə olaraq marafonun qalibini fotofiniş müəyyən edib.

Tokioda keçirilən turnirdə dünya çempionu Alfons Feliks Simbu və gümüş mükafatçı Amanal Petros 42.195 km məsafəni eyni nəticə ilə 2 saat 9 dəqiqə 48 saniyəyə qət ediblər. Fotofiniş, demək olar ki, startdan finiş xəttinə qədər öndə olan Simbu ilə Petros arasında 0.03 saniyəlik fərqi qeydə alıb.

Simbu Tanzaniyaya atletika üzrə dünya çempionatından ilk qızılını gətirib.

Oktyabr

28 sentyabr - 8 oktyabr tarixlərində III MDB Oyunları Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilib. 23 idman növü üzrə keçirilən yarışlarda 10 ölkədən 1605 idmançı və 2330 nümayəndə iştirak edib.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var. Azərbaycan medal sıralamasında ikinci olub. Komanda Oyunlarda 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb. İlk üçlüyü isə 122 medalla Belarus tamamlayıb. Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

Noyabr

7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları baş tutub. Turnirdə 57 ölkədən 3 000-dən çox idmançı 23 idman növündə medallar uğrunda mübarizə aparıb.

Azərbaycan yarışda 20 idman növündə 174 idmançı ilə təmsil olunub. Komandamız Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

Dekabr

2025-ci il FIFA Qitələrarası Kubokunun final matçı keçirilib. Həlledici qarşılaşmada PSJ (Fransa) və "Flamenqo" (Braziliya) komandaları üz-üzə gəliblər.

Qətərin Ər-Rəyyan şəhərinin "Əhmə bin Əli" stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. PSJ futbolçuları penalti zərbələrini daha dəqiq yerinə yetirərək (2:1) kuboka sahib çıxıblar.

Ərəb Millətlər Kubokunun qalibi müəyyənləşib. Qətərin Lusial şəhərində keçirilmiş final matçında Mərakeş millisi İordaniya yığmasını (3:2) üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Yanvar 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri