Icma.az
close
up
RU
2025 ci ilin sonu ilə bağlı qorxunc proqnoz: Sayılı günlər qaldı

2025 ci ilin sonu ilə bağlı qorxunc proqnoz: Sayılı günlər qaldı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin sonuna yaxınlaşdıqca XVII əsr fransız görücüsü Nostradamusun proqnozları yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, məşhur kahinin bu il üçün dedikləri dünyanın müxtəlif bölgələrində narahatlıq yaradıb.

İddialara əsasən, peyğəmbərliklər bəşəriyyət üçün müharibə, kosmik fəlakət və yeni, daha təhlükəli pandemiya kimi ssenarilərə işarə edir.

Proqnozların ən çox müzakirə edilən hissəsi Nostradamusun “uzun müharibənin sonu” ifadəsidir. Bir çoxları bunu Ukraynada davam edən münaqişənin final mərhələsi kimi interpretasiya edir. Lakin kahinin şeirlərində bunun ardınca daha böyük bir təhlükənin – Britaniya torpaqlarında yeni müharibənin başlama ehtimalının qeyd olunduğu bildirilir.

“Avropa xalqı İngiltərənin taxt-tacını tərk etdiyini görəcək. Onun cinahlarında amansız müharibələr baş qaldıracaq. Krallıq sərt savaşlara qərq olacaq… Keçmişin böyük bəlası qayıdır və səma altında bundan ölümcül düşmən yoxdur”.

Nostradamusun başqa bir qorxulu proqnozu yeni pandemiya ilə bağlıdır. Proqnozda bəşəriyyətin yenidən ölümcül xəstəliklə üz-üzə qalacağı barədə şifrəli işarələr olduğu iddia edilir.

Bundan başqa, kahinin ən çox müzakirə edilən rübələrindən biri də asteroid təhlükəsidir:

“Kosmosdan alov topu qalxacaq, fəlakətin xəbərçisi, dünya yalvarır”.

Bu ifadə sosial mediada Yerə meteorit düşməsi ilə bağlı fərziyyələri gücləndirib. Astronomlar real olaraq belə bir təhlükənin hazırda qeydə alınmadığını bildirirlər, lakin Nostradamus proqnozları hər il olduğu kimi yenə də geniş müzakirələrə səbəb olub.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri