Icma.az
close
up
RU
2025ci il UNECdə “İnklüziv Təhsil İli” olacaq AZƏRTAC

2025ci il UNECdə “İnklüziv Təhsil İli” olacaq AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

İclasda UNEC İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə təqdimatla çıxış edib. O, ixtisas fənləri üzrə imtahanların elektronlaşdırılmış yazılı formada, qeyri-ixtisas fənlərinin isə test üsulu ilə keçiriləcəyini bildirib. İmtahan sessiyası dövründə ənənəvi olaraq, hər həftənin şənbə günü rektorun “Açıq qapı” günlərinin keçiriləcəyini və imtahan qərargahlarının fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov isə 2024-cü ilin “Yaşıl UNEC İli” elan edilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planının icrası barədə hesabatla çıxış edib. O, il ərzində beynəlxalq konfransların, tədbirlərin, ağacəkmə aksiyalarının, rəsm müsabiqələrinin, idman yarışlarının, ekologiyaya həsr olunmuş kitab təqdimatlarının və digər tədbirlərin keçirildiyini bildirib.

Sonra professorlar Yadulla Həsənli və Yaşar Kəlbiyev Dissertasiya şuralarının illik fəaliyyəti barədə hesabat veriblər.

UNEC-in elmi katibi dosent Ərəbiyyə Mustafayeva isə 2024/2025-ci tədris ilinin I semestri üzrə Elmi şura qərarlarının icra vəziyyəti haqqında məlumat verib.

Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Elmi Şurada tələbələrin təşəbbüsü ilə “UNEC Diplomatiya Təşkilatı”nın, “UNEC İnklüziv Təhsilə Dəstək Təşkilatı”nın və “UNEC Türk Dünyası Gənclər Təşkilatı”nın yaradılması barədə qərar qəbul olunub.

UNEC-in rektoru professor Ədalət Muradov 2025-ci ildə UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 ilinin tamam olacağını diqqətə çatdıraraq, universitetdə əlilliyi olan tələbələrin təhsil alması üçün bütün şəraitin yaradıldığını vurğulayıb.

Elmi şurada 2025-ci il “UNEC İnklüziv Təhsil İli” kimi elan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri