Icma.az
close
up
RU
BMT 2025ci ili “Beynəlxalq buzlaqların qorunması ili” elan edib AZƏRTAC

BMT 2025ci ili “Beynəlxalq buzlaqların qorunması ili” elan edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 dekabr, AZƏRTAC

Tacikistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 2022-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq 2025-ci il “Beynəlxalq buzlaqların qorunması ili” elan edilib. Bu barədə AZƏRTAC “BMT-nin xəbərləri” saytına istinadla xəbər verir.

Buzlaqların əriməsi ciddi qlobal problemə çevrilib. Son 20 ildə Qərbi Tyan-Şanda Qazaxıstan, Qırğızıstan və Özbəkistanı əhatə edən buzlaqlar 27 faiz kiçilib. Antarktida hər il orta hesabla 150 milyard ton, Qrenlandiya isə 270 milyard ton buz itirir.

UNESCO-nun 50 dünya irsi obyektinin üçdə birinin ərazisində 2050-ci ilə qədər buzlaqların yox olacağı gözlənilir. Bu ərazilər hər il 58 milyard ton buz itiririr ki, bu da Fransa və İspaniyanın illik su istehlakına bərabərdir. Nəticədə dənizin səviyyəsi 5 faiz artıb.

Buzlaqlar 2 milyarda yaxın insanın su təchizatı, kənd təsərrüfatı və su enerjisi ilə təmin edilməsində əsas rol oynayır. Tacikistanda 14 min buzlaqdan mindən çoxunun əriməsi problem daha da aktuallaşdırır. Ölkənin buzlaqları Mərkəzi Asiyanın su ehtiyatlarının 60 faizə qədərini təmin edir.

“Beynəlxalq buzlaqların qorunması ili” buzlaqların əhəmiyyəti və gələcək nəsillər üçün onların qorunması zərurəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Gələn il Tacikistanda bu məsələyə həsr olunmuş konfrans keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri