Icma.az
close
up
RU
2025ci ildə baş verəcək astroloji hadislər bürclərə necə təsir edəcək?

2025ci ildə baş verəcək astroloji hadislər bürclərə necə təsir edəcək?

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

2025-ci ildə bir neçə əhəmiyyətli astroloji hadisə olacaq. Bunlar isə bürclərin həyatına müxtəlif təsirlər göstərə bilər. 

Sfera.az gələn il baş verəcək əsas astroloji hadisələri təqdim edir:

Saturnun Balıqlar bürcündə olması -  Saturn 2023-cü ilin mart ayında Balıqlar bürcünə keçib və bu təsir 2025-ci ilə qədər davam edəcək. Saturnun Balıqlarda olması yaradıcılıq, mənəvi inkişaf və emosional tarazlıq üzərində fokuslanmağa səbəb olacaq. Bu dövr su bürclərinə, yəni Xərçəng, Əqrəb, Balıqlara nizam-intizam və struktura daha çox diqqət yetirməyi öyrədəcək. Xüsusilə Balıqlar və Xərçəng bürcləri üçün bu dövr özünü tapmaq və emosional problemlərin həlli üçün əhəmiyyətli bir dövr ola bilər. Oğlaq və Qız bürcləri də bu təsirdən faydalanaraq daha çox nizam-intizam və işdə strukturlaşmaya meylli ola bilərlər.

Digər hadisələrdən biri Plutonun Dolça bürcünə keçididir.  Pluton 2024-cü ildə Dolça bürcünə keçmişdi və 2025-ci ildə bu transit öz təsirini göstərməyə davam edəcək. Bu uzunmüddətli dövr texnologiya, sosial dəyişikliklər və cəmiyyətin ümumi strukturlarında böyük transformasiyalara səbəb olacaq. Dolça, Əkizlər və Tərəzi bürcləri bu transformasiyanı daha çox hiss edəcək, texnoloji və sosial yeniliklərə daha açıq olacaqlar. Şir və Buğa bürcləri də dəyişikliklərə adaptasiya olmağı öyrənməli olacaqlar.

Yupiterin Əkizlər bürcünə keçidi də 2025-ci ildə baş verəcək astroloji hadisələrdən biridir .Yupiter 2025-ci ilin may ayından Əkizlər bürcündə olacaq. Bu tranzit təhsil, ünsiyyət, əlaqələr və səyahətlə bağlı yeni imkanlar gətirəcək. Əkizlər, Tərəzi və Dolça bürcləri bu təsirdən faydalanaraq genişlənmə və yeni əlaqələr qurma sahəsində uğur qazana bilərlər. Oxatan və Balıqlar bürcləri isə şəxsi inkişaflarına fokuslanmaq üçün bu enerjidən yararlana bilərlər.

Həmçinin növbəti ildə Karmik Ay düyünlərinin dəyişməsi də baş tutacaq. İlin əvvəlində Qoç-Tərəzi oxundakı karmik düyünlər Balıqlar-Qız oxuna keçəcək. Bu keçid zamanı əlaqələr və şəxsiyyətlə bağlı dərslərdən daha çox gündəlik həyat və xidmətlə bağlı mövzular ön plana çıxacaq. Balıqlar və Qız bürcləri üçün bu, taleyüklü dəyişikliklərə səbəb ola bilər, karyera və şəxsi həyatla bağlı mühüm qərarlar verilə bilər.

2025-də həmçinin Günəş və Ay tutulmaları da qeydə alınacaq. Xüsusilə mart və sentyabr aylarında tutulmalar olacaq və bu hadisələr karyera, ailə və şəxsi həyatda mühüm dəyişikliklər gətirə bilər. Bu tutulmalar Qız, Balıqlar, Oxatan və Əkizlər bürclərinə daha çox təsir edəcək. Onlara yeni istiqamətlər açacaq və bəzi köhnə problemləri həll etmək üçün imkan yaradacaq.

Türkan
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 Dekabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri