Icma.az
close
up
RU
Astroloji hadisələrin 2025ci ildə bürclərə TƏSİRİ

Astroloji hadisələrin 2025ci ildə bürclərə TƏSİRİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ildə baş verəcək astroloji hadisələr bürclərə də təsirsiz ötüşməyəcək.
Modern.az 2025-ci il üçün astroloqların bürclər haqqında proqnozlarını və bürclərə təsirlərini təqdim edir. 
"Saturn" peyki 2023-cü ilin mart ayında Balıqlar bürcünə keçib və bu təsir 2025-ci ilə qədər davam edəcək. "Saturn"un Balıqlarda olması yaradıcılıq, mənəvi inkişaf və emosional tarazlıq üzərində fokuslanmağa səbəb olacaq. Bu dövr su bürclərinə, yəni Xərçəng, Əqrəb, Balıqlara nizam-intizam və struktura daha çox diqqət yetirməyi öyrədəcək. Xüsusilə Balıqlar və Xərçəng bürcləri üçün bu dövrdə özünü tapmaq və emosional problemlərin həlli üçün əhəmiyyətli olacaq. Oğlaq və Qız bürcləri də bu təsirdən faydalanaraq daha çox nizam-intizamlı, həmçinin işdə strukturlaşmaya meylli ola bilərlər.
Digər hadisələrdən biri isə "Pluton"un Dolça bürcünə keçididir. "Pluton" 2024-cü ildə Dolça bürcünə keçib və 2025-ci ildə də bu transit öz təsirini göstərməyə davam edəcək. Uzunmüddətli dövr texnologiya, sosial dəyişikliklər və cəmiyyətin ümumi strukturlarında böyük transformasiyalara səbəb olacaq. Dolça, Əkizlər və Tərəzi bürcləri bu transformasiyanı daha çox hiss edəcək, texnoloji, sosial yeniliklərə daha açıq olacaqlar. Şir və Buğa bürcləri də dəyişikliklərə adaptasiya olmağa çalışacaqlar.
Yupiterin Əkizlər bürcünə keçidi də 2025-ci ildə baş verəcək astroloji hadisələrdən biridir .2025-ci ilin may ayından Əkizlər bürcündə olacaq Yupiter təhsil, ünsiyyət, əlaqələr və səyahətlə bağlı yeni imkanlar gətirəcək. Əkizlər, Tərəzi və Dolça bürcləri bu təsirdən faydalanaraq genişlənmə, yeni əlaqələr qurma sahəsində uğur qazana bilərlər. Oxatan və Balıqlar isə bu enerjidən yararlanaraq şəxsi inkişaflarına fokuslana bilərlər. 
2025-ci ildə Karmik Ay düyünlərinin dəyişməsi də baş tutacaq. İlin əvvəlində Qoç-Tərəzi oxunda olan karmik düyünlər Balıqlar-Qız oxuna keçəcək. Bu zamanı əlaqələr və şəxsiyyətlə bağlı dərslərdən daha çox gündəlik həyatla bağlı mövzular ön plana çıxacaq. Bu keçid Balıqlar və Qız bürcləri üçün taleyüklü dəyişikliklərə səbəb ola bilər, karyera və şəxsi həyatla bağlı mühüm qərarlar verilə bilər.
Hər il olduğu kimi bu il də Günəş və Ay tutulmaları da qeydə alınacaq. Xüsusilə mart və sentyabr aylarında baş verəcək tutulmalar karyera, ailə və şəxsi həyatda mühüm dəyişikliklərə gətirib çıxaracaq. Bu tutulmalar Qız, Balıqlar, Oxatan və Əkizlər bürclərinə daha çox təsir edəcək. Onların həyatında yeni istiqamətlər açılaraq bəzi köhnə problemləri həll etmək üçün imkanlar yaranacaq.

Fidan Eldarova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Yanvar 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri