Icma.az
close
up
RU
2025ci ildə Cənubi Qafqazı nə gözləyir? Sergey Markovdan PROQNOZ

2025ci ildə Cənubi Qafqazı nə gözləyir? Sergey Markovdan PROQNOZ

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Gələn il Cənubi Qafqazda və ümumilikdə geosiyasi vəziyyət daha çox Rusiya ilə ABŞ arasındakı münasibətlərdən, yeni seçilmiş prezident Donald Trampın beynəlxalq vəziyyətlə bağlı seçdiyi mövqedən asılı olacaq. Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bu bölgəyə fəal təsir göstərməyəcək. Bu da region üçün yaxşıdır. Nəzərə alaq ki, ABŞ Aİ ilə birlikdə Bayden dövründə bölgədə Rusiyaya qarşı Ermənistanı dəstəkləmək üçün çox işlər görüb. Trampın dönəmində bu işlər və gərginlik səngiyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku.ru” saytına açıqlamasında deyib.
O hesab edir ki, Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq:
“Əgər o, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, o zaman Moskva Cənubi Qafqazda daha fəal olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək. Çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir. Bununla paralel
Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək.
Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Makronun Cənubi Qafqazdakı fəaliyyətinin azalmasına səbəb ola bilər. ABŞ-ın regiona diqqətinin azalması fonunda Paris bütün Qərb ölkələrinin regionda öz maraqlarının təşviqində lokomotivi olacaq. Nəticədə, silah tədarükü davam edəcək.
Makron elə göstərəcək ki, Ermənistanı Avropa İttifaqına daha da yaxınlaşdırmaq üçün hər şeyi edir. Bütün bunları təbii ki, region üçün çağırış adlandırmaq olar. Əbəs yerə deyil ki, Bakı mütəmadi olaraq Parisə və bütövlükdə Qərb ölkələrinə Ermənistanın hərbiləşdirilməsinə son qoymaları barədə xəbərdarlıq edir. Təbii ki, Azərbaycan bunu düşünülmüş təxribat kimi dəyərləndirir. Axı, Ermənistan işğalçı dövlətdir. Bu o deməkdir ki, Ermənistanın bir dəfə etdiyinə bir daha cəhd etməyəcəyinə zəmanət yoxdur”.
Sergey Markov əlavə edib ki, bölgədəki vəziyyətə ABŞ-Türkiyə, Tramp və Ərdoğan arasındakı münasibətlərin də təsir edə biləcəyini başa düşmək vacibdir:
“Tramp və Ərdoğan qəti adamlardır. Bir-birlərinə hörmət edirlər. Amma son nəticədə ABŞ-Türkiyə münasibətləri ya dostluq, ya da çəkişmələr və qarşıdurmalar şəklini alacaq. Ancaq həm Tramp, həm də Ərdoğan suverenliyi müdafiə etdiyinə və hər ikisi avro-bürokratiyanı tənqid etdiyinə görə, yəqin ki, iki lider arasında anlaşılmazlıqdan daha çox anlaşma üçün əsas var.
Üstəlik, buna Yaxın Şərqdəki vəziyyət də əlavə olunur. Tramp, şübhəsiz ki, İsrailin İrana qarşı sərt addımlarını dəstəkləyəcək. Bu, İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatına səbəb ola bilər. Bu, Cənubi Qafqaz üçün də ciddi çağırışdır”.
Bəs Tramp dövründə ABŞ-ın Ermənistana dəstəyi əhəmiyyətli dərəcədə azalsa, Nikol Paşinyan nə edəcək?
“Paşinyan Qərbdə dəstək qazanmaq cəhdlərində məyus ola bilər və Bakı ilə sülh sazişi üzrə real danışıqlar masasına əyləşə bilər. Beləliklə, növbəti il, proqnozlara görə, qlobal və regional münaqişələrdə sülhün bərqərar olması baxımından müsbət, imkanlar ili ola bilər. Burada bir çox amillər rol oynayacaq. Ancaq müsbət proqnozlar daha çoxdur. Xüsusilə də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin şərtləri təmin edir.
Unutmaq olmaz ki, Azərbaycan prezidenti ABŞ-ın daxili işlərinə qarışmadan yumşaq bir şəkildə Amerika seçkiləri öncəsi Tramp haqqında çox müsbət fikirlər səsləndirdi. Bu isə o deməkdir ki, Tramp Azərbaycana müsbət münasibət bəsləyir”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri