Icma.az
close
up
RU
2025ci ildə İrandakı mövcud rejimin qlobal siyasətə təsirinin azaldılması üçün ciddi proseslər gedəcək

2025ci ildə İrandakı mövcud rejimin qlobal siyasətə təsirinin azaldılması üçün ciddi proseslər gedəcək

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“2025-ci ildə İran rejimi ilə bağlı ciddi proseslər aparılacaq. Çünki əks təqdirdə bu ölkə dünyaya böyük zərər verə bilər. İran çoxmillətli ölkədir və İranın mərkəzləşdirilmiş siyasi hakimiyyəti farsçılıq əsasında formalaşıb. Bu farsçılıq anlayışı da irqçilik əsasındadır və özündə faşizmi ehtiva edir. Digər qeyri-fars millətlərini bütün hüquqlarından məhrum edib, sadəcə onların milli yeraltı və yerüstü sərvətlərini qarət eləməklə ayaqda durur. O imkanları özünün hərbi gücünü artırmağa yönləndirir. Orada ancaq fars mərkəzli bölgələrdə iqtisadi, hərbi, hərbi istehsal mərkəzlərini yaradıb. Təyyarəsi, tankı, topu hər şeyi mərkəzdədir və onların öz əlindədir”.

Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi qeyd edib ki, bir gün qeyri-fars millətlər milli azadlıq mübarizələrini genişləndirərlərsə, yenə bu terrorçu faşist İran rejimi hərbi imkanlarından istifadə edib, qeyri-fars millətlərin mübarizəsini yatıracaq.

Sadiq İsabəyli

“Bunu nümunəsini biz dəfələrlə görmüşük. Həm də biz onu Suriyada gördük. Suriyada Bəşar Əsəd İran rejimi ilə birlikdə 400 min insanı birlikdə öldürdü”-deyən Sadiq İsabəyli hesab edir ki, 2025-ci ildə İran və İsrail arasında münasibətlərin gərgin olacağını ehtimal edir.

Siyasi şərhçi hesab edir ki, qlobal dövlətlər İran rejiminin aldadıcı oyunlarına gəlməsələr, “biz bir çox məsələlərdə ortaq məxrəci tapa bilərik”, “dialoqa başlaya bilərik” və s. bu kimi sözlərdən təsirlənməsələr o zaman Orta Şərqin real təhlükə mənbəyinin İran rejimi olduğunu müəyyən edə biləcəklər: “Beynəlxalq ittifaqın yaranması prosesinə keçid olacaq və bu proseslə imkan yaranacaq ki, Tehran rejiminin apardığı bütün təhdidkar fəaliyyətlər durdurulsun”-deyən Sadiq İsabəyli qeyd edib ki, İsrail dövlətinin bu istiqamətdə apardığı fəaliyyətlər beynəlxalq dəstək də tapacaq.

Sadiq İsabəyli deyir ki, Orta Şərqin sülhə və beynəlxlaq münasibətlərdə rolunun güclənməsinə ehtiyacı var: “Artıq bu bölgədə proksi üzərində savaşların aparılması, terror fəaliyyətlərini qurulmasına imkan vermək olmaz. Əgər o regional sülh perspektivini doğru dəyərləndirsək və bütün qlobal dövlətlər bu mövzuda ortaq məxrəcə gələrək, İranın üzərində ciddi basqı həyata keçirməli və İran rejimininin regional terror siyasətinə son qoyulmalıdır. Eyni zamanda bu bölgənin təhlükəsizlik və sabitliyini şərtləndirən bir sürəci əsasında olmalıdır. Bu prosesin də mahiyyətində, ümumiyyətlə İran rejimininin nüvə fəaliyyətlərin aradan qaldırılması, uzun mənzilli raketlərin istehsalının, hərbi fəaliyyətlərin durdurulması üçün onun əlində olan bütün imkanların məhv edilməsi əsas şərtlərdəndir. Bu əsasda ciddi addımlar atılarsa, 2025-ci il elə bir sürəcə çevrilə bilər ki, bu regionun gələcəyi münasibətlərin tənzimlənməsi, yeni anlaşmaların həyata keçməsi ilə nəticələnsin və ölkələr arasında münasibətlər normallaşmış bir münasibətlərə çevrilsin. Bu məsələ bir çox regiondan uzaq münaqişəli bölgələrə də öz təsirini göstərəcək”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri