2025ci ildə sülh müqaviləsinin imzalanması qeyrireal görünür Fərid Şəfiyev AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
"Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq".
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyətinə toxunan mərkəz rəhbəri Kanadanın ona qoşulması ilə onun "Avropa İttifaqı Plus" formatına keçdiyini söyləyib:
"Sərhəd zonasında heç bir üçüncü dövlətin qüvvələri olmamalıdır. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki missiya "Avropa İttifaqı Plus" formatına çevrilib. Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq. Ermənistan istəyir ki, həmin missiyanın fəaliyyətini uzatsın".
F. Şəfiyev əlavə edib ki, rəsmi İrəvan hazırkı mövqeyini davam etdirsə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















