Icma.az
close
up
RU
Ermənistan çərçivə sazişi imzalamaqdan imtina edib Fərid Şəfiyev səbəbini açıqladı AzPolitika onlayn siyasiictimai qəzet

Ermənistan çərçivə sazişi imzalamaqdan imtina edib Fərid Şəfiyev səbəbini açıqladı AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı gözlənilir. Lakin məndə olan məlumata görə, Ermənistan tərəfi bir müddət öncə çərçivə razılaşmasını imzalamaqdan imtina edib”.

"AzPolitika" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, əvəzində, Ermənistan hazırkı layihədən 3 maddənin çıxarılmasını təklif edib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlıdır.

BMTM-in sədri bildirib ki, bu 3 məsələdən birincisi həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir: “Erməni xalqının Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi ilə bağlı aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən növbəti hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər.

İkinci məsələ, tərəflərin sülh prosesinə qoşulmağa hazır olmasının çox yaxşı indikatorudur. Görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir”.

Üçüncü məsələ, Avropa İttifaqının hazırda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən, gələcəkdə hərbi missiyaya çevrilməsi istisna edilməyən mülki missiyası ilə bağlıdır.

Avropa İttifaqının 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını görməzdən gəlməsi və Azərbaycanın razılığı olmadan missiya göndərmək üçün tələsməsi faktlarını nəzərə alsaq, aydın olur ki, Azərbaycan ərazilərimizi talan etmiş və dağıtmış təcavüzkar dövlətin tərəfində duran bu quruma etimad edə bilməz".

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri