2026 2028 ci illərdə Avropa liderləri bu ölkələrdə toplaşacaq SİYAHI
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Növbəti 3 ildə Avropa Siyasi Birliyinin sammitinin hansı ölkələrdə keçirləcəyinə aydınlıq gətirlib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta açıqlamasında bildirib. O, 2026–2028-ci illər üçün müəyyən edilmiş ev sahibi ölkələrinin adlarını açıqlayıb.
Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında da Latviyada keçiriləcək.
Qeyd olunub ki, bu tədbirlər Avropa qitəsində siyasi dialoqun təşviq olunması və əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















