Icma.az
close
up
RU
Azərbaycanda YENİLİK 2026 2028 ci illərdə...

Azərbaycanda YENİLİK 2026 2028 ci illərdə...

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Proqramın icrası insanların həyat və sağlamlığı, əmlakı, eləcə də dövlət əmlakının qorunması, ətraf mühitin mühafizəsi, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsalı və istehlakçı məmnunluğunun artırılması, ümumilikdə iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradacaq.

BAKU.WS xəbər verir ki, Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı" təsdiq edilib.

Proqram layihəsi 50-dən yuxarı dövlət və özəl qurumun müvafiq rəy və təklifi nəzərə alınmaqla "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası"na əsasən formalaşdırılıb.

Proqram tərtib olunarkən texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsi məqsədilə qəbul ediləcək istinad standartları, müvafiq normativ hüquqi aktlar, standartlaşdırma üzrə texniki komitələrin iş planları, habelə beynəlxalq və regional standartlaşdırma təşkilatlarının normativ sənədləri əsasında dövlət standartlarının hazırlanması, müasir elmi-texniki araşdırmaların nəticələri, ümumilikdə ölkənin sosial-iqtisadi inkişaf strategiyası nəzərə alınıb.

Sənəddə iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqini təşviq edən, eləcə də təhlükəsiz, keyfiyyətli və rəqabətqabiliyyətli mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanması yer alıb. Qarşıya qoyulan hədəflərin icrası məqsədilə sözügedən proqram çərçivəsində üç il ərzində ümumilikdə 3 minədək dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Bu Proqram xidmət, turizm, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat və nəqliyyat infrastrukturu, zərgərlik məmulatları, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, uşaq malları və digər mühüm strateji sahələri əhatə edir.

Qeyd edək ki, "2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı"nın mətni ilə Azərbaycan Standartlaşdırma İnstitutunun rəsmi internet səhifəsinə keçid edərək tanış ola bilərsiniz: https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Dekabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri