Icma.az
close
up
RU
2026 2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir ŞƏRH

2026 2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 may, AZƏRTAC

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın hazırlanması heç də təsadüfi deyil. Bu sənəd uzun illər ərzində aqrar sektorda yığılıb qalmış struktur problemlərin, idarəetmə çatışmazlıqlarının və reallaşdırılmayan potensialın etirafı kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC -a açıqlaması zamanı iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, Prezident son müşavirədə Azərbaycan cəmiyyətini, xüsusilə də fermerləri və aqrar biznes nümayəndələrini uzun illərdir narahat edən məsələləri açıq şəkildə dilə gətirdi: "Dövlət başçısının verdiyi tapşırıqlar hökumət üzvlərinə və aidiyyəti qurumlara ünvanlanmış yumşaq formada, lakin kifayət qədər aydın xəbərdarlıq mesajı idi. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, aqrar sektorda problemlərin səbəbləri artıq məlumdur və bundan sonra əsas tələb nəticədir.

Bu gün kənd təsərrüfatında məhsuldarlıq göstəriciləri bir çox inkişaf etmiş və hətta bəzi inkişaf etməkdə olan ölkələrlə müqayisədə aşağı səviyyədə qalır. Torpaq sahələrinin həddindən artıq parçalanması, suvarma sistemlərindəki problemlər, su ehtiyatlarının azalması, iqlim dəyişikliklərinin təsiri və innovativ texnologiyaların tətbiqinin zəif olması istehsalın səmərəliliyini məhdudlaşdırır. Dövlət dəstəyi mexanizmlərinin mövcudluğuna baxmayaraq, bu dəstəyin məhsuldarlığa və rəqabət qabiliyyətinə təsiri hələ də arzu olunan səviyyədə deyil".

Ekspert şəxsi təcrübəsinə əsasalanaraq qeyd edib ki, balıqçılıq və akvakultura sahəsində vəziyyət daha çox diqqət tələb edir: "Azərbaycanın zəngin su ehtiyatlarına və əlverişli təbii imkanlarına baxmayaraq, sektorun potensialından tam istifadə olunmur. Ölkə başçısı bu müəssisələrin açılışında şəxsən iştirak edib və artıqlaması ilə öz dəstəyini verir. Lakin vəziyyət Prezidenti qane etmir. Rəqəmlər və mövcud vəziyyət göz qabağındadır. Daxili bazarın bir hissəsi idxal hesabına təmin edilir. Yem bazasının zəif inkişafı, damazlıq materialları ilə təminat problemləri, müasir texnologiyaların məhdud tətbiqi və peşəkar kadr çatışmazlığı bu sahənin inkişafını ləngidən əsas amillərdir.

Problemlər yalnız istehsalla məhdudlaşmır. Bir çox regionlarda emal müəssisələrinin, soyuducu anbarların, çeşidləmə, qablaşdırma və logistika infrastrukturunun yetərli olmaması səbəbindən istehsal olunan məhsulun əhəmiyyətli hissəsi əlavə dəyərə çevrilmədən bazara çıxarılır və ya itkiyə gedir. Bu isə kənd təsərrüfatının iqtisadi səmərəliliyini azaldır və fermer gəlirlərinə mənfi təsir göstərir"

A. İbrahimovun fikrincə, ən mühüm məsələlardən biri də investisiya çatışmazlığıdır: "Dövlət başçısının çıxışında maraqlı məqlamlardan biri də zənnimcə o oldu ki, aidiyyəti şəxslərə izah etməyə çalışdı ki, cavabdehlik daşıdığınız sahələrə investisiya cəlb edə bilmirsiniz. Aqrar sektorun bəzi istiqamətləri, xüsusilə balıqçılıq və akvakultura yüksək kapital tələb edən sahələrdir. Lakin sahibkarların uzunmüddətli və əlverişli maliyyə resurslarına çıxış imkanları məhdud olaraq qalır. Xarici investisiyaların cəlb olunması istiqamətində də potensiala uyğun nəticələr əldə edilməyib.

Bundan başqa Azərbaycanın aqrar məhsullarının dünyanın ən böyük və ən gəlirli istehlak bazarları olan Avropa İttifaqı və ABŞ bazarlarına çıxış imkanları hələ də məhdud olaraq qalır. Problem təkcə istehsal həcmlərində deyil. Beynəlxalq fitosanitar və baytarlıq standartlarına uyğunluq, qanunvericilik, məhsulların izlənmə sistemi, sertifikatlaşdırma infrastrukturu, akkreditasiya mexanizmləri və keyfiyyət idarəetmə sistemləri sahəsində mövcud boşluqlar Azərbaycan məhsullarının bu bazarlarda rəqabət aparmasını çətinləşdirir. Halbuki yüksək gəlir məhz bu bazarlarda formalaşır.

Məhz bu baxımdan 2026–2030-cu illər üçün Dövlət Proqramı sadəcə növbəti strateji sənəd kimi deyil, aqrar sektorda uzun illər həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəlmiş ciddi institusional islahatlar paketi kimi qiymətləndirilməlidir. Proqramın uğuru yeni sənəd qəbul edilməsində deyil, fermerin xərclərinin azalmasında, məhsuldarlığın artmasında, özəl investisiyaların çoxalmasında, emal sənayesinin inkişafında və ən əsası Azərbaycan məhsullarının Avropa və ABŞ kimi yüksək gəlirli bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsində özünü göstərməlidir. Əks halda, mövcud problemlər növbəti proqram dövrünə daşınacaq və sektorun potensialı yenə tam reallaşmayacaq",-deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2026 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri