“Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026 2030 cu illər üçün Dövlət Proqramı” təsdiqlənib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 25 dekabr, AZƏRTAC
“Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramı sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərinə nail olmaq, rəsmi statistika məlumatlarının istehsalının dayanıqlığını təmin etmək və istifadəçilərin, o cümlədən dövlət orqanlarının statistik məlumatlara tələbatını ödəmək məqsədilə hazırlanıb.
Proqram çərçivəsində əmək, demoqrafiya, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, mədəni və yaradıcı sənaye, elm, texnologiya və innovasiyalar sahələrində statistik göstəricilər sistemlərinin təkmilləşdirilməsi, işçi qüvvəsi, təhsil, məşğulluq, sənaye, turizm, ev təsərrüfatlarının büdcələri və digər sahələr üzrə statistik məlumatların toplanması və yayılması nəzərdə tutulur.
Dövlət Proqramı, həmçinin inzibati məlumatlardan və peyk müşahidələrindən istifadənin genişləndirilməsi, beynəlxalq metodologiyaların tətbiqi, milli statistika sisteminin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, statistik xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















