Icma.az
close
up
RU
2026 cı il Azərbaycan iqtisadiyyatı üçün çətin olacaq

2026 cı il Azərbaycan iqtisadiyyatı üçün çətin olacaq

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Maliyyə Nazirliyi 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. Açıqlamada hökumətin növbəti dörd il üzrə iqtisadi artım proqnozları qeyd olunub. Belə ki, 2026-cı il üzrə iqtisadi artım proqnozu 2025-ci illə müqayisədə 2.8 faizdən 2.9 faizədək artacaq, amma 2027-ci il üzrə 3.8 faizdən 3.3 faizə, 2028-ci il üzrə 3.3 faizdən 3.1 faizə enəcək. Proqnoza görə, iqtisadi artım 2029-cu il üçün 4 faiz təşkil edəcək.

Bəzi ekspertlər düşünürlər ki, 2026-cı il iqtisadiyyat baxımından çətin dövr olacaq.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2026-cı ildə neft sektorunda azalma, qeyri-neft sektorunda isə artım müşahidə olunacaq:

“İqtisadiyyat Nazirliyi 2026-cı il üçün iqtisadi artımlarla bağlı proqnozlarını elan edib. Belə ki, Azərbaycan hökuməti Ümumdaxili Məhsulun növbəti ildə 3,5 % artacağını proqnozlaşdırıb. Gözlənti ondan ibarətdir ki, neft sektorunda azalma, qeyri-neft sektorunda artım müşahidə olunacaq. Eyni zamanda növbəti ildə qeyri-neft sektorunun payının 70%-dən çox olması proqnozlaşdırılır. 2026-cı ildə 134 milyard manat ÜDM-in formalaşacağı gözlənilir. Rəsmi proqnozlar təbii ki, nikbindir. Xüsusən də, qeyri-neft sektorunda artım tempinin davam edəcəyi gözlənilir”.

Deputat vurğulayıb ki, növbəti il iqtisadi artımda əsas drayver qeyri-neft sektoru olacaq:

“Bütün bunlarla yanaşı, 2026-cı ildə neftin dünya bazar qiymətinin necə dəyişməsi birbaşa Azərbaycana daxil olan valyutanın həcminə təsir göstərəcək. Nəzərə alsaq ki, növbəti il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Ona görə də bu qiymət praktiki olaraq, fiskal gəlirlərimiz baxımından vacibdir. Eyni zamanda valyuta bazarında tarazlığa təsir göstərən əsas faktor tədiyə balansıdır. Tədiyə balansının vəziyyətinə təsir göstərən əsas faktorlar isə neftin dünya bazar qiyməti və ölkəyə daxil olan valyuta həcmidir. Bu kontekstdə neftin dünya bazar qiymətinin necə dəyişməsi növbəti il valyuta bazarına təsir göstərən əsas faktor olaraq qalacaq. Sözsüz, mövcud qiymət İqtisadiyyat Nazirliyinin proqnzaşdırdığı kimi, növbəti 3,5 faizlik artımın əldə edilməsinə imkan yaradır. Qeyri-neft sektorunda pay artır. Bu kontekstdə növbəti il ÜDM artacaq”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, büdcə kəsriləri artacaq:

“Maliyyə Nazirliyi tərəfindən açıqlanan büdcə parametrlərinin ilkin rəqəmlərini gördük. Görünən odur ki, büdcə gəlirləri cəmi 67 milyon manat artır. Büdcə kəsirimiz də artacaq. Doğrudan da, 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün heç də asan olmayacaq. Vergilər, kommunal xidmətlər, eləcə də dövlət və ya Tarif Şurası tərəfindən tənzimlənən bir çox qiymətlərdə artım gözlənilir. Bu, həm iqtisadiyyat, həm də əhali üçün yaxşı gözləntilər deyil”.

İqtisadçı söyləyib ki, 2026-cı ilin iqtisadi proqnozları hələlik o qədər də ürəkaçan deyil:

“Bizdə neft hasilatı azalır. Neftin qiymətinin gələn il ümumiyyətlə aşağı düşməsi  gözlənilir. Büdcə parametrlərində neft qiymətinin builki kimi 70 yox, 65 dollar götürülməsi gözlənilir. Bunun özünün də əhəmiyyətli təsirləri var. Bu bir daha onu deməyə əsas verir ki, Azərbaycanda köklü iqtisadi islahatlar üçün zaman yetişib. Həm idarəetmə, həm də iqtisadiyyatda köklü islahatlar lazımdır ki, problemlərdən özümüzü sığortalamaq mümkün olsun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri