Icma.az
close
up
RU
Azərbaycan iqtisadiyyatı: yanvar 2026 cı il hesabatı

Azərbaycan iqtisadiyyatı: yanvar 2026 cı il hesabatı

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Statistika komitəsi 2026-cı ilin birinci ayının iqtisadi və sosial inkişaf nəticələrini elan etmişdir. Proqnozlar işlənilən və qəbul olunan vaxtdan bəri hər zaman təsdiq etdiyimiz kimi nəticələr də SOS siqnalı vericidir. Qarşıya qoyulan plan və proqnoz tapşırıqlarının heç biri yerinə yetirilməyib. İl boyu yerinə yetirilməsi də mümkün deyil.
 

Çünki proqnozda heç bir iqtisadi və sosial göstərici bir-biri ilə uzlaşmır, daimi biri digərini inkar edir, hər şey sanki, düşmən iqtisadiyyatının çökdürülməsinə hesablanıb.  

Məcazi olaraq desək, sovet dövründə olduğu kimi, vəsait veriləndə material təhcizatı kəsilir, təhcizat veriləndə pul vəsaiti kəsilir. Elmlə məşğul olmağa başlayandan heç vaxt ölkədə kapital qoyuluşları planı yerinə yetirilməyib, sovet məmurları planlaşmanı elə qururdu ki, nə etsən də yerinə yetirə bilməyəcəksən.  2026-cı ilin proqnozları hamısı biri-birini və məntiqi inkar edir. Tarix boyu elə bir iqtisadiyyat yoxdur ki, vergiləri artırsın (ciddi surətdə), özü də 2.9% artım alsın. Tarix elə bir təcrübə görməyib ki, bir ölkənin kapital qoyuluşu qədər pul-maliyyə resursu daxili dövriyyədən yayındırsın və eyni zamanda iqtisadi aktivliyi təmin etsin. 2025-ci ildə strateji valyuta ehtiyatları 21 milyard manat həcmində artırıldı və bu vəsaitlər daxili dövriyyədən çıxarılaraq xarici banklara yerləşdirilmişdir, amma əsas kapitala cəmi 21 milyard manat və ümumi daxili məhsulun cəmi 16% həcmində investisiya qoyulmuşdur.  Ölkədən qaçan birbaşa investisiyaların həcmi ölkəyə gətirilən investisiyalardan bir neçə dəfə çox olmuşdur. Sanki ölkədə bütün iqtisadi tədbirlər ölkə daxili dövriyyənin qıtlaşmasına, iqtisadi aktivliyin zəifləməsinə yönəlmişdir. Müasir dünyada elə bir iqtisadiyyat yoxdur ki, elm xərclərini, elmi işçilərin sayını, elmi tədqiqat institutlarını ciddi surətdə azaltsın və eyni zamanda ciddi iqtisadi irəliləyişə nail olsun. Bu disproporsiyanın nətisədir ki, 2025-ci ildə ÜDM-nin artımı 3.5% nəzərdə tutlduğu halda cəmi 1.4% artım alınmışdır. 2026-cı ilin yanvar ayında illik artım 2.9% nəzərdə tutlduğu halda cəmi 1.7% artım alınmışdır. Qonşu ölkələrdə heç bir resursa, maliyyə ehtiyatlarına malik olmayan Gürcüstan 2025-ci ildə 7.8%, 2026-cı ilin yanvar ayında isə 6.1% arım əldə etmişdir, uyğun olaraq Ermənistanda bu rəqəmlər  5.6%  və 4.9% olmuşdur. Qonşu ölkələr ciddi artım yolunu seçmişdir və bütün göstəricilər üzrə (valyuta ehtiyyatlarından başqa)  Azərbaycanı xeyli üstələyir və artıma görə isə bir neçə dəfə irəlidədir. Cəmi 10-12 il bundən əvvəl əsas göstərici adambaşına düşən ÜDM-yə görə hər iki ölkə Azərbaycandan az qala iki dəfə geri qalırdı, indi xeyli irəlidədir və bu fərq getdikcə yüksəlir.  (bax cədvəl 1) 

Cədvəl 1. Adambaşına düşən ÜDM müqayisəsi (2014 və 2025)
Nominal USD (mənbələr: Dünya Bankı, BVF, Statista):
     Ölkə      2014             2025 
Azərbaycan 7,991  7,413 (2025) 
Gürcüstan 4,435  10,890 (2025) 
Ermənistan 3,880 ( 9,390 (2025) 

Bu ölkələrin baza göstəriciləri  də Azərbaycandan xeyli çoxdur,, artım tempi də dəfələrlə yüksəkdir. Aydındır ki, adambaşına düşən ÜDM həcmindəki fərqlər də ildən ilə artır. 


Azərbaycanda təcili islahat tədbirləri görülməsə, ölkə iqtisadiyyatını çox acınacaqlı vəziyyət  gözləyir, hətta Nigeriya, Qabon, Venesuela kimi ölkələrdən daha ağır vəziyyət: Süni intellekt riyazi proqnozları göstərir ki, son 10-12 ilin baza məlumatlarına və siyasətə uyğun riyazi modelə görə 2050-ci ildə bu ölkə cəmi 35 milyard ümumi daxili məhsul istehsal edə biləcək, yəni dünyanın 15 ən zəif inkişaf etmiş ölkələri sırasına düşəcək. Əgər hökümət ciddi islahatlara başlaya bilsə (ölkənin hər cür potensial imkanları var) 2050-ci ildə Azərbaycan ən inkişaf etmiş top 15 ölkə sırasına daxil ola biləcək. Paradoksa baxın: bu gün yollar ayrılanda üçbucaq kimi xətlər yavaş-yavaş ayrılır deyə ciddi hiss olunmur, amma xətlər ayrıldıqca bucaq böyüyür, nəticə ən geridə qalmış ölkələr sırası-ən inkişaf etmiş ölkələr sırası kimi müxtəlifləşir. . Təbii ki, iqtidarlı müxalifətli hər bir azərbaycanlı belə vəziyyəti ürək ağrısı ilə qarşılayır, tarix boyu əlimizə bir şans düşüb, niyə bu bataqlıq labirintindən çıxa bilmirik. Həmişə bu xalqın taleyi belə olub: böyük qələbələr, böyük torpaqlar, böyük uğurlar, amma zirvəyə çatmağa az qalanda tormozlanma gedir. Sanki bu millətin bütün ali məqsədi torpaqları azad etmək idi – olan kimi tormozlanma başladı. Qalib ölkə məğlub iqtisadiyyatla ortaya çıxır.  Amma o qələbənin dadını hər kəs hiss etmirsə, müvəqqəti olacaq, dayanıqlı sistem qurmaq lazımdır. Bəlkə Ramiz Mehdiyevlər kimilər var ortada... Kənardan baxanda hər hansı bir iqtisadçı üçün hər şey gün kimi aydın görünür: belə iqtisadi sistem???? Bunu bir dünyanın ən inkişaf etmiş ölkələri olan İsveçrə, Sinqapur üçün tətbiq etsəniz mümkün deyil ki, bu ölkələr tab gətirsin, Azərbaycan iqtisadiyyatından pis vəziyyətə düşməsin.

Saleh Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri