Icma.az
close
up
RU
2026 cı il üçün fəsillərin daxil olma vaxtı açıqlanıb

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Günəşin göy sferindəki illik zahiri hərəkəti Yerin Günəş ətrafında dolanmasının nəticəsidir. Günəşin bu hərəkət zamanı cızdığı xəyali yol ekliptika adlanır. Ekliptika üzərində dörd əsas nöqtə seçilir: yaz və payız bərabərliyi, yay və qış günəşduruşu. Yer Günəş ətrafında hərəkət edərkən Günəşin bu nöqtələrdən keçdiyi an fəsillərin astronomik başlandığı vaxtı göstərir.
Operativ Media xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Asrofizika rəsədxanası məlumat yayıb.

Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır. 2026-cı ildə yaz fəsli Azərbaycana 20 mart 18:46-da daxil olacaq.

Yay günəşduruşu zamanı Şimal yarımkürəsi Günəşə maksimum yönəlir. Qütblərə yaxınlaşdıqca gündüz-gecə fərqi artır: Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim enliklərdə gündüz 15s 03d 24san, gecə isə 08s 56d 36san davam edir. Bu andan etibarən Şimalda yay, Cənubda qış fəsli başlayır. 2026-cı ildə yay fəsli Azərbaycana 21 iyun 12:24-də daxil olacaq.

Payız bərabərliyi günü Günəş şüaları yenidən ekvatora düz bucaq altında düşür və gecə-gündüz yenə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Şimaldan Cənuba keçir və Şimalda payız, Cənubda yaz fəsli başlayır. 2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr 04:05-də daxil olacaq.

Qış günəşduruşu zamanı Cənub yarımkürəsi Günəşə maksimum yönəlir və Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə 24 saat gecə olur. Bizim  yerləşdiyimiz coğrafi enliklərdə gündüz 09s 17d 23san, gecə isə 14s 42d 37san davam edir. Bu andan etibarən Şimalda qış, Cənubda yay fəsli başlayır. 2026-cı ildə qış fəsli Azərbaycana 22 dekabr 00:50-də daxil olacaq.

Qeyd edək ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Yer elliptik orbitlə hərəkət etdiyinə görə bu məsafə il ərzində dəyişir. Orbitin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Bu fərq nəticəsində Şimal yarımkürəsində fəsillərin gedişi müəyyən qədər yumşalır. 2026-cı ildə Yer perihelidən 3 yanvar 21:15-də (147 099 894 km), afelidən isə 6 iyul 21:30-da (152 087 774 km) keçəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:939
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 24 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri