Icma.az
close
up
RU
2025ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı

2025ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir". SİA xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumatda deyilib.

Bildirilib ki, yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik yaz, Cənub yarınkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yer kürəsinin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Ekvatorda gündüz və gecənin uzunluğu ilboyu dəyişməyib 12 saat olur, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz. Cənub qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayır. 2025-ci ildə Yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olacaq.

Payız bərabərliyigünü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isə astronomik payız başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana 22 sentyabr 22:19-da daxil olacaq.

Qış günəşduruşu günü Yer kürəsinin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Qış günəşduruşu günü isə Cənub qütbündə 24 saat gündüz. Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır.2025-ci ildə Qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.

Qeyd edilib ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597.870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Bu il Yer 4 yanvar 17:28-də perihelidən (147 103 686 km), 3 iyul 23:54-də afelidən (152 087 738 km) keçəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:345
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri