Icma.az
close
up
RU
2026 cı ildә illik inflyasiyanın 5,7 faiz olacağı gözlәnilir

2026 cı ildә illik inflyasiyanın 5,7 faiz olacağı gözlәnilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

Mәrkәzi Bankın son (oktyabr 2025) proqnozlarına görә 2026-cı ildә illik inflyasiyanın 5,7 faiz olacağı gözlәnilir ki, bu da hәdәf diapazonu daxilindәdir. Hökumәtin, beynәlxalq maliyyә-kredit tәşkilatlarının vә beynәlxalq reytinq agentliklәrinin proqnozları da inflyasiyanın növbәti ildә әsasәn bu diapazonda qalacağını göstәrir.

Mərkəzi Bankdan AZƏRTAC verilən məlumata görə, növbәti ildә dә pul siyasәtinә dair qәrarlar verәrkәn ölkә iqtisadiyyatına vә inflyasiyaya tәsir göstәrә bilәcәk daxili vә xarici amillәri, habelә risklәri hәrtәrәfli qiymәtlәndirәcәk. Ümumilikdә, son illәrdә inflyasiyanın risk balansında xarici amillәrin payı әhәmiyyәtli artıb.

Ortamüddәtli dövrdә bu amillәrin payının yüksәk olaraq qalacağı gözlәnilir. Geosiyasi gәrginliklәr vә qlobal ticarәt mühitindәki qeyri-sabitlik әmtәә vә maliyyә bazarları ilә bağlı qeyri-müәyyәnliklәri hәlә dә yüksәk sәviyyәdә saxlayır. Әsas xarici risk idxal qiymәtlәrinin daxili inflyasiyaya ötürülmәsi ilә bağlıdır. Bu risk ticarәt tәrәfdaşlarında inflyasiya proseslәri vә nominal effektiv mәzәnnәnin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isә әsasәn tәklif – xәrc amillәri hesabına formalaşmaqdadır. Ortamüddәtli dövr üzrә konservativ makrofiskal çәrçivә vә kredit qoyuluşları üzrә gözlәnilәn artım templәri mәcmu tәlәbin izafi artımı riskini azaldır.

Mәrkәzi Bank daxili vә xarici qeyri-müәyyәnliklәri nәzәrә alaraq makroiqtisadi proqnozları baza ssenari ilә yanaşı alternativ ssenarilәr üzrә hazırlanması tәcrübәsini davam etdirәcәkdir. Bu da inflyasiya risklәrinin reallaşdığı tәqdirdә çevik siyasәt reaksiyasını tәmin edәcәk.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri