Icma.az
close
up
RU
2026 cı ildə inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir

2026 cı ildə inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Oktyabr proqnozlarına əsasən, 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2 faiz) qalacağı proqnozlaşdırılır.

AZƏRTAC qurumun “Pul Siyasəti İcmalı”na istinadla bildirir ki, AMB-nin oktyabr proqnozuna görə, inflyasiya 2025-ci ildə 6 faiz təşkil edəcək. 2025-ci ilin illik inflyasiya proqnozuna ev təsərrüfatlarının istehlakının 1,57 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətlərinin (KİQİ) 3,64 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiyanın 2,80 faiz bəndi və sərnişindaşıma tarifinin artımının 0,14 faiz bəndi artırıcı təsir edəcəyi gözlənilir.

Oktyabr proqnozuna əsasən, 2026-cı ildə inflyasiyanın 5,7 faiz təşkil edəcəyi gözlənilir.

Qiymətləndirmələrə görə 2026-cı ildə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0,11 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1,11 faiz bəndi, KİQİ 3,16 faiz bəndi, ticarət tərəfdaşlarında

inflyasiya 2 faiz bəndi və digər amillər 1,48 faiz bəndi artırıcı, NEM isə -2,16 faiz bəndi azaldıcı təsir

edəcək.

Proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq.

Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması, qlobal fraqmentasiya və tariflər üzrə ticarət müharibələri şəraitində əmtəə və maliyyə bazarlarında dalğalanmalar inflyasiyaya artırıcı təsirə səbəb ola bilər. Ticarət tərəfdaşlarında inflyasiya səviyyəsindən əlavə nominal effektiv məzənnənin mümkün ucuzlaşması da inflyasiya üzrə xarici risk faktorlarındandır.

Eyni zamanda, qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaq istehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanı artıra biləcək başlıca risk amili isə yerli xərc amillərinin aktivləşməsi ilə əlaqədardır.

2025-ci ilin 9 ayında inflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən, ilin əvvəlinə nəzərən ticarət, xidmət və tikinti sektorları üzrə gözləntilərdə azalma qeydə alınıb. Ticarət sektoru üzrə növbəti 3 aylıq dövrdəki qiymət gözləntiləri yanvarla müqayisədə 3 dəfəyə yaxın azalıb və mənfi zonada qalmağa davam edib. Xidmət və tikinti sektorlarında cüzi azalma qeydə alınıb. Qeyri-neft istehsal sahəsi üzrə gözləntilərdə isə artım müşahidə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri