Icma.az
close
up
RU
2026 cı ildə Bakı metrosu yeni dövrə keçəcək. KONKRET

2026 cı ildə Bakı metrosu yeni dövrə keçəcək. KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gediş haqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib.

Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər”.

Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?

KONKRET.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tariflərin differensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq olunur:

“Bu modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Ən çox istifadə olunan yanaşmalardan biri pilləli tarif sistemidir. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir, məsələn 2–3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə uzandıqca gediş haqqı da tədricən artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər. Lakin burada düzgün planlaşdırma aparılmalıdır ki, sosial balans pozulmasın və müəyyən narazılıqlar yaranmasın”.

Ekspert onu da qeyd edib ki, alternativ olaraq zona üzrə tarif modeli də tətbiq edilə bilər:

“Məsələn, Bakı Metropoliteni yaxın, orta və uzaq zonalara bölünə bilər. Mərkəzi zonalarda qiymətlər daha ucuz, uzaq zonalarda isə fərqli ola bilər. Texniki baxımdan ən vacib məqam hesablamanın necə aparılacağıdır. Sərnişin metroya daxil olarkən kartını oxudur, çıxışda da yenidən oxudur. Sistem avtomatik olaraq neçə stansiya keçdiyini və ya hansı zonalardan istifadə etdiyini müəyyən edir və müvafiq məbləği kart balansından çıxır. Sərnişin seqmentləri də nəzərə alına bilər. Tələbələr, pensiyaçılar və digər həssas qruplar üçün xüsusi güzəştlər tətbiq oluna bilər. Eyni zamanda gündəlik və intensiv istifadə edən sərnişinlər üçün endirimli və ya sabit paketlər təklif etmək mümkündür. Bu sistemin əsas üstünlüyü ədalətli tarif prinsipinə əsaslanmasıdır: az yol gedən az, çox yol gedən isə daha çox ödəyir. Bu yanaşma metronun real xərclərinin daha dəqiq hesablanmasına, uzaq xətlərin maliyyə yükünün balanslaşdırılmasına və daha müasir, çevik tarif siyasətinin formalaşmasına imkan verər. Mexanizmin bu il ərzində hazırlanması mümkündür. Lakin bütün hallarda sosial tarazlığı qoruyan mexanizmlər mütləq şəkildə nəzərə alınmalıdır”.

Dünya ölkələrində metro və ümumilikdə ictimai nəqliyyatda gedişhaqqının hesablanması şəhərin ölçüsünə, nəqliyyat şəbəkəsinin quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli modellərlə tənzimlənir. İnkişaf etmiş ölkələrdə əsas məqsəd həm ədalətli ödəniş mexanizmi yaratmaq, həm də sosial balansı qorumaqdır.

Bir çox ölkələrdə gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə əsaslanır. Bu model xüsusilə Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur. Sərnişin metroya daxil olarkən və çıxarkən kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və ya neçə stansiya yol getdiyini hesablayır və ödənişi buna uyğun çıxır. Bu yanaşma “az gedən az, çox gedən çox ödəsin” prinsipinə əsaslanır.

Avropa ölkələrinin əksəriyyətində isə zona üzrə tarif modeli geniş yayılıb. London, Paris, Berlin kimi şəhərlərdə metro şəbəkəsi bir neçə zonaya bölünür. Sərnişinin keçdiyi zonaların sayına görə gedişhaqqı müəyyən edilir. Adətən mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin kənar ərazilərinə doğru isə daha yüksək olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir, həm də uzun məsafəli xətlərin maliyyə yükünü balanslaşdırmağa imkan verir.

Bəzi ölkələrdə vahid tarif modeli saxlanılır. Məsələn, Moskva və İstanbul metrosunda sərnişin hansı məsafəni qət etməsindən asılı olmayaraq eyni məbləği ödəyir. Bu model sadə və rahat olsa da, qısa məsafə gedən sərnişinlər üçün həmişə ədalətli hesab edilmir.

Digər geniş yayılmış yanaşmalardan biri zaman əsaslı tarif sistemidir. Bu halda sərnişin müəyyən vaxt intervalı üçün bilet alır və həmin müddət ərzində istənilən sayda ictimai nəqliyyat vasitəsindən istifadə edə bilir. Bu model Praqa, Roma və Barselona kimi şəhərlərdə tətbiq olunur və xüsusilə tez-tez nəqliyyatdan istifadə edənlər üçün sərfəlidir.

Bütün bu modellərlə yanaşı, əksər ölkələrdə tələbələr, pensiyaçılar, əlillər və digər həssas qruplar üçün endirimlər, aylıq və illik abonementlər tətbiq olunur. Yəni, dünya təcrübəsi göstərir ki, tarif sistemi təkcə iqtisadi deyil, eyni zamanda sosial amillər nəzərə alınmaqla formalaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:489
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri