Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amsterdam sakini boşanmadan sonra, keçmiş həyat yoldaşının yanında qalan ev pişiyi ilə görüşmək üçün qrafik təyin edilməsi ilə şəhər məhkəməsinə müraciət edib. Məhkəmənin bu məsələ ilə bağlı qərarı iş materiallarına əlavə olunub.
Medicina.az xəbə verir ki, boşanma ərəfəsində kişi cütlüyün birlikdə kirayədə yaşadığı evdən köçüb və pişiyi qadının yanında qoyub.
Məhkəmə prosesi zamanı kişi pişiyin hər iki həftədən bir və ya hər həftəsonu onun yanında qalmasını təmin edəcək bir qrafik tərtib olunmasını istəyib. Keçmiş həyat yoldaşı isə buna etiraz edərək, heyvanın yaşlı olduğunu və iddiaçının evdən köçdükdən sonra pişiyə heç bir maraq göstərmədiyini əsas gətirib.
İki il sonra məhkəmə boşanmanı rəsmiləşdirən və tərəflər arasındakı digər mübahisələri həll edən qərar çıxarıb.
Məhkəmə qərarında deyilir: "Məhkəmə... kişinin pişiklə görüş qrafiki təyin edilməsi barədə xahişinin baxılmasına yol verilməz olduğuna qərar verib".
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:335
Bu xəbər 30 Oktyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















