Icma.az
close
up
RU
2026 cı ildə daha çox pul istəyirsiniz? Zənginlik və şans gətirən bitkilər

2026 cı ildə daha çox pul istəyirsiniz? Zənginlik və şans gətirən bitkilər

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mütəxəssislərin sözlərinə görə, bəzi bitkilər əsl firavanlıq maqnitləri kimi fəaliyyət göstərir, məkanı təmizləyir, pul axınını gücləndirir və evə sakitlik, davamlılıq və inkişaf enerjisi gətirir.

Lent.az 2026-cı ildə bolluğunuzu “böyütməyə” kömək edəcək həmin bitkilər barədə məlumat verir.

Spatifillum - aydınlıq və maliyyə müdrikliyi gətirən sülh zanbağı

Spatifillum (sülh zanbağı) feng-şuidə ən harmonik bitkilərdən hesab olunur. Onun ağ çiçəkləri təmizlik və sakitlik rəmzidir, evdəki gərgin enerjiləri neytrallaşdırır. Deyilir ki, bu bitki düşüncəni aydınlaşdırır və xüsusilə pul mövzularında daha ağıllı qərarlar verməyə kömək edir.

Ən yaxşı yerləşmə yeri: iş otağı və ya mühüm qərarların verildiyi zona.

Sansevieriya - neqativi və maliyyə bloklarını kəsən “qayınana dili”

Sansevieriya həm dözümlülüyü, həm də güclü qoruyucu enerjisi ilə məşhurdur. Onun dik yarpaqları feng-şuidə enerjini “kəsən qalxanlar” kimi şərh olunur. Zavist, şübhə və uğursuzluq qorxusu kimi enerjiləri uzaqlaşdırdığına inanılır.

Harada saxlamaq lazımdır: giriş qapısı yaxınlığında və ya ofisin bir küncündə.

Pul ağacı (Crassula ovata) - yığım və artımın yaşıl simvolu

Nefrit ağacı (adətən “pul ağacı” kimi tanınır) feng-şuidə ən uğurlu bitkilərdən hesab olunur. Onun yumru, ətli yarpaqları sanki sikkələri xatırladır. Bu səbəbdən maliyyə axınını cəlb etdiyi düşünülür.

Enerjisini aktivləşdirmək üçün: bitkini evin və ya ofisin cənub-şərq zonasına qoyun. Gildən olan qab sabitlik enerjisini daha da gücləndirəcək.

Xoşbəxt bambuk - inkişaf və harmoniya enerjisi

Dracaena sanderiana, yəni “xoşbəxt bambuk” elastiklik, inkişaf və davamlı böyümə deməkdir. Feng-şuidə bambukun saplarının sayının xüsusi mənası var:

3 sap – uğur, 5 sap – sağlamlıq, 7 sap – var-dövlət, 8 sap – inkişaf, 9 sap – harmoniya

Bambuk su və çınqıl içində yaxşı inkişaf edir. Bu isə həm sabitlik, həm də axıcılığı təcəssüm etdirir.

Potos (qızılı sarmaşıq) - sabit rifahın yaşıl təminatı

Epipremnum aureum ən dözümlü və enerji baxımından güclü bitkilərdən biridir. Onun yuxarı və aşağıya doğru uzanan budaqları daim inkişaf edən enerji axınını simvolizə edir. Feng-şuidə potos pul sabitliyi və fasiləsiz inkişaf bitkisi sayılır.

Harada yerləşdirmək daha yaxşıdır: yüksəkdə rəfdə və ya şkafın üstündə, çünki aşağı sallanan budaqlar bolluq axınını simvolizə edir.

Evinizin enerji kapitalını necə aktivləşdirməli?

Bitkilərin enerjisi düzgün işləməsi üçün bir neçə feng-şui qaydasına əməl edin:

Bitkiləri sağlam saxlayın - qurumuş yarpaqlar maliyyə bloklarını simvolizə edir.

Onları güclü zonalara yerləşdirin: cənub-şərq (var-dövlət), şərq (sağlamlıq), şimal (karyera).

Təbii materiallardan istifadə edin - gil, taxta və keramika qablarda enerji daha sabit olur.

Bitkilər sizin qayğınızı əks etdirir. Siz onlara sevgi göstərdikcə, kainat da sizə fürsət, uğur və pul şəklində cavab verir.

Maliyyə strategiyaları öyrənə, investisiya podkastlarına qulaq asa bilərsiniz, amma bir az “yaşıl sehr” əlavə etməyin ziyanı yoxdur. Spatifillum, pul ağacı və ya potos yetişdirin. Ən pis halda hava təmiz olacaq, ən yaxşı halda isə rifah və rahatlıq artacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri