Icma.az
close
up
RU
Mənəvi zənginlik xəzinəsi

Mənəvi zənginlik xəzinəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı “Kimyaçı” mədəniyyət sarayında Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) üzvü olan 30-a qədər nəşriyyatın çeşidli çap məhsullarının alıcılara təqdim edildiyi V Kitab Sərgisi keçirilib.

Məqsədi oxucuların kitabla dostluğunu daha da möhkəmləndirmək olan sərgi Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin ANAİB-lə birgə təşkilatçılığı ilə düzənlənmişdi.

Xatırladaq ki, ANAİB indiyədək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Mingəçevir Quba və digər şəhərlərdə ard-arda möhtəşəm sərgilər keçirib. Beynəlxalq festival və sərgilərdə də ölkəmiz layiqincə təmsil olunur. Elə noyabrın sonunda Qazaxıstanda Türküstan Kitab Sərgisində ANAİB-in üzvü olan Hədəf Nəşrləri, XAN və Altun Kitab Nəşriyyatları da öz stendləri ilə iştirak ediblər.

Sumqayıtdakı sərginin dəstəkçiləri BP və tərəfdaşları, eyni zamanda, gənclik şəhərinin tanınmış “Sufle” şirniyyat şirkəti idi. Sərgidə 40-a yaxın yazıçı iştirak edib. “Poeziya saatı” və “Uşaq ədəbiyyatı” adlı panellərlə start verilən kitab bayramı 3 gün davam edib. Açılış mərasiminə ölkəmizdə qonaq olan Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələri də qatılıblar. Əsas hədəfi əhalinin kitaboxuma mədəniyyətinin yüksəlməsi olan bayramda hər janrda kitabların, hər yaşda oxucunun marağını təmin edə biləcək klassik və müasir əsərlər xüsusi endirimlərlə təklif olunub.

Sərgi çərçivəsində Sumqayıt Məktəblilərinin V Kitabqurdu Oxu Marafonunun mükafatlandırılma mərasimi keçirilib. Layihəsinin rəhbəri, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, marafonun sponsoru - AMAL Xeyriyyə Cəmiyyətinin rəhbəri Rüfət Mirzəyev çıxış ediblər. Mərasimdə imtahanda ən çox bal toplayan məktəblilər mükafatlandırılıblar. Leyla Yusifzadə I, Fərid Babayev II, Möhsin Məmmədov, Kürşən Cavadzadə və Söhbət Rəhimli III yeri tutublar. Qaliblərə pul mükafatları verilib. Daha 8 nəfər sertifikat və hədiyyələrlə təltif olunub.

Sərgi günləri ərzində şair və yazıçılarla unudulmaz görüşlər və “imza günləri” keçirilib. Nəzrin Şirinzadənin “Üçüncü şəxsin qisası” əsəri, Ülviyyə xnımın şəhidlər haqqında kitabı müzakirə olunub. Eyni zamanda, müəlliflər Varis, Reyhan Yusifqızı, Aytac Qəmbərova, İradə Qədirova, Sahil Tərxanlı, Orxan Şahbazla görüşlər yaddaqalan olub. Populyar yazıçı Elxan Elatlı, filosof Müşfiq Ötgün, həmçinin Rövşən Abdullaoğlu, Əziz Sultan, Aysel Rəsulzadə, İlqar Kamil Səzavət Məmməd oxucuların görüşünə gəliblər. Birbaşa ünsiyyət və “imza günləri” hər kəsdə xoş təəssürat yaradıb.

Sərginin sonunda iştirakçıların bir qisminin ürək sözlərini dinləyib qələmə aldıq. Qazaxıstanda Turan Akademiyasının prezidenti, professor Rahman Alşanov dedi:

- Azərbaycanda olmaqdan və belə gözəl tədbirlərdə iştirakdan məmnunluq duyuram. Biz eyni kökə, eyni soya aidik. Aramızdakı mədəniyyət körpüsünün daim genişlənməsi fərəh doğurur. Sərgidə Azərbaycan dilində qazax yazarlarının bədii nümunələrini görəndə çox sevindim. Deməli, qardaş ellər ədəbiyyatına da maraq böyükdür.

“Çapar” tarix dərgisinin təsisçisi Yusif İlhamoğlu:

- “Kitabla gəlirik” şüarı ilə təşkil olunan sərgidə mənim “Çin olan yuxular” kitabımın İmza günü də gerçəkləşdi. Çox şadam ki, görüş maraqlı alındı və gənc oxucuların mütaliəyə həvəsi böyükdür. Burada uyğun qiymətə bir çox nəşrlərin satıldığını xüsusi qeyd edirəm. Bizim stendə yaxınlaşanlar “Türk dövlətləri və mədəniyyətləri tarixi”nə də böyük maraq göstərdilər.

ANAİB-in katibi, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq:

- Kitab bir dəyərdir. Onu yaşatmaq, təbliğ etmək hazırkı informasiya axınında çətin olsa da, zəruridir. Ötən ay Bakıda “Litera” kitab evinin açılışı yaddaqalan olub. Noyabrda Gəncədə 4-cü kitab sərgisi keçirilmişdi, indi isə Sumqayıtda 5-ci sərgidir. Bu, ümumiyyətlə, ANAİB-in təşkil etdiyi sayca 26-cı sərgidir.

Burada müəllif masalarının hazırlanması və uşaqlar üçün ustad dərslərinin təşkili təqdirəlayiqdir. Bu sərgiyə görə minlərlə məktəbliyə paylanılan “Kitab Daxılı”nın çapına və paylanmasına “Zaka Print”, “RM” və “Landau” nəşriyyatları kömək ediblər. Sərgidə Manifest Kitab Evinin, “Parlaq İmzalar” nəşriyyatının da zəhməti az olmayıb. Bu cür tədbirlər kitabın önəmini və maarifin əhəmiyyətini bir daha nümayiş etdirir.

Beləcə, Sumqayıt kitab sərgisi çoxları üçün həyat tənliyinin daha bir açarı oldu.

Əli ƏLİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see340

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see267

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see267

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see257

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see256

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see249

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see240

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see237

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see229

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see229

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see228

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see222

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see214

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see212

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see211

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see210

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see191

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see189

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see180

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri