2026 cı ildə güclü zəlzələlər olacaq Seysmoloq həmin ölkələri açıqladı
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Beynəlxalq seysmoloji qurumlar və xarici media 2026-cı ildə dünyada güclü və dağıdıcı zəlzələlərin baş vermə ehtimalının yüksəldiyini bildirir.
Milli.Az "The Economist" və "CBS News" nəşrlərinin materiallarına əsaslanaraq xəbər verir ki, mütəxəssislər dəqiq tarix və məkanın proqnozlaşdırılmasının mümkün olmadığını vurğulasa da, tektonik fəallığın artdığı bir sıra bölgələrdə riskin yüksəldiyini qeyd edir.
Riskli zonalar arasında Yaponiya, Filippin, Yunanıstan və Türkiyə xüsusi diqqət çəkir. Ekspertlər xüsusilə Nankai çökəkliyi, Şimali Anadolu Fay Xətti və Aralıq dənizi seysmik zonalarında gərginliyin artdığını bildirir.
Bundan əlavə, Kaliforniya, Meksika, Peru və Sakit okean adalarında qeydə alınan ardıcıl zəlzələlər qlobal seysmik aktivliyin yüksəldiyini göstərir.
Mütəxəssislər riskli bölgələrdə yaşayan əhalini rəsmi xəbərdarlıqları izləməyə və fövqəladə vəziyyətə hazır olmağa çağırır.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 19 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















