Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

2026 cı ilin birinci rübü üzrə “E Şikayət” platformasına 1741 müraciət daxil olub

2026 cı ilin birinci rübü üzrə “E Şikayət” platformasına 1741 müraciət daxil olub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Təhlillərin nəticələrinə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tövsiyə və təkliflər verilir.

Bu sistemdə hər bir telekommunikasiya operator və provayderinin, o cümlədən poçt rabitəsi operatorunun şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa həmin şəxsi kabinetlərdə əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı qazanır. 

2026-cı ilin birinci rübü ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 1741 şikayət daxil olub. Müraciətlərin 45,8%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 22,6%-i mobil internet və rabitə xidmətləri, 31,6%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 19 şikayət daxil olub. Müraciətlər 81 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub. Böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 33%, telefon rabitəsi üzrə isə 5,2%-dir. 

Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox pay 16,1%-lə xidmətin işləməməsinə, 13,5%-lə xidmət keyfiyyəti ilə bağlı məsələlərə, 10,8%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə aiddir.

Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və bu kateqoriya üzrə müraciətlər 11,7% təşkil edib. Tariflərlə bağlı müraciətlər 6,4%, xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9% olub. 

Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5%-i xidmətin işləməməsi, 1,3%-i infrastruktur problemləri, 1,1%-i isə xidmət təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə bağlıdır.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5%-lə şəbəkə problemləri və tariflər, 0,6%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb. 

Poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində 550 müraciət daxil olub. Bu da 2026-cı ilin birinci rübü ərzində sistemə daxil olan ümumi şikayətlərin 31,6%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 90,7%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 4,5% müraciətlər müştəri xidmətləri, digər 4,8% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,7%-i sürətli poçt xidmətləri, 11,3%-i universal poçt xidmətləri barədə olub. (Şəkil 2)

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil edilir. 

Beləliklə, ünvan olaraq müraciətçilərin 57,2%-i Bakını qeyd edib. Abşeron – Xırdalan üzrə bu göstərici 4,8%, Sumqayıt üzrə isə 4,3% təşkil edib. Daxil olan müraciətlərin ümumilikdə 78,9%-də vətəndaşlar əsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraq göstəriblər. 

Sistem üzərindən 2026-cı ilin birinci rübü üzrə müraciət edənlərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri