Icma.az
close
up
RU
8 ay ərzində “E Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

8 ay ərzində “E Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Bu təhlillərdən əldə edilən nəticələrə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının
qorunması istiqamətində tövsiyə və təkliflərini verir.

Modern.az bildirir ki, bu sistemdə hər bir telekommunikasiya operator və provayderinin, o cümlədən poçt
rabitəsi operatorunun şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa həmin şəxsi kabinetlərdə əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.

2025-ci ilin yanvar-avqust ayları ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 4165 şikayət daxil olub. Bu müraciətlərin 62.6%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 18,9% mobil internet və rabitə xidmətləri, 18,5%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 17 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 108 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə ilin 8 ayı ərzində “E-Şikayət” sisteminə 3392 müraciət daxil olub. Bu müraciətlərin böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 23,3%, telefon rabitəsi üzrə isə 14,9%-dir. Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 34%-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 10,6%-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir.

Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (7,85%), infrastruktur (1,42%) və istehlakçılara göstərilən xidmətlərdən narazılıqla bağlı (1,36%) əsas kateqoriyalara ayrılıb.

Mobil rabitə xidmətində 8,95%-lə operatorun fəaliyyətindən narazılıq, 3,01%-lə mobil operatorların nömrədaşıma məsələsində abunəçilərə yaratdığı çətinliklər və 1,39%-lə tariflərlə bağlı müraciətlər ilk 3-lüyə daxildir. Operatorun ümumi fəaliyyətindən narazılıq mövzusu əsasən abunəçinin operatorun xidmətindən istifadə edərkən birdən çox çətinlikləri əks etdirir (şəbəkə zəifliyi, danışıqda donmalar, müştəri xidmətlərinin keyfiyyətsiz xidməti, verilən sorğuların gec cavablandırılması və s.).

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 0,92%-lə tariflər, 0,8%-lə operatorun ümumi fəaliyyətindən narazılıq və 0,5%-lə xidmətin işləməməsi barədə qeydə alınıb.

Poçt rabitəsi xidmətləri üzrə 8 ay ərzində 773 müraciət daxil olub. Bu da sistemə daxil olan ümumi şikayətlərin 18,5%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 85%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 8% müraciətlər müştəri xidmətləri, digər 7% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 88,26%-i sürətli poçt xidmətləri, 11,74%-i universal poçt xidmətləri barədə olub.

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil edilir. Beləliklə, müraciət edərkən ünvan olaraq vətəndaşların 54,84%-i Bakını, 5,98%-i Saatlını, 4,51%-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 79,8%-də vətəndaşlar 10 bölgəni (Bakı, Saatlı, Abşeron – Xırdalan, Sumqayıt, Lənkəran, Gəncə, Cəlilabad, Lerik, Yardımlı, Göyçay) ünvan olaraq qeyd ediblər. Sistem üzərindən ilin 8 ayı ərzində 78,08% kişi, 21,92% qadın müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri