Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“2026 cı ilin büdcəsi sosial rifahın artırılmasını hədəfləyir” Deputat

“2026 cı ilin büdcəsi sosial rifahın artırılmasını hədəfləyir” Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında"  Qanun layihəsi bu günlərdə Milli Məclisdə geniş müzakirə olunmaqdadır. Maliyyə naziri və Hesablama Palatasısədrinin təqdimatları zamanı ortaya qoyduqları real iqtisadi göstəricilər və maliyyə əsaslandırmaları növbəti ildə dövlət büdcəsindən səmərəli istifadə olunacağını deməyə əsas verir. Millət vəkillərinin əksəriyyətinin də bildirdiyi kimi, 2026-cı ilindövlət büdcəsi ilə bağlı Milli Məclisə təqdim olunmuş Büdcə zərfiidarəetmədə şəffaflıq və çeviklik prinsiplərinin gücləndirilməsini, eyni zamanda büdcə siyasətində institusional yanaşmanı özündə ehtiva edir. Bu il büdcə müzakirələrinin “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi isə qanun layihəsinin müzakirəsinə xüsusi əlamətdarlıq verir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O əlavə edib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38milyard 609 milyon manat, xərcləri  isə 41 milyard 703  milyon manat proqnozlaşdırır:
“Ümumiyyətlə, 2025-ci il dünyada geosiyasi və geoiqtisadi gərginliklərin artması fonunda  qlobal iqtisadiyyatın zəifləməsi, beynəlxalq ticarətin daha durğun tempi ilə xarakterizə olunur. Bütün bunlara baxmayaraq Azərbaycanda makroiqtisadi mühitdə müsbət dinamika, iqtisadiyyatda artım müşahidəolunub, iqtisadiyyatın şaxələndirilməsi,  qeyri neft-qaz  məhsullarının  ixracının  genişləndirilməsi  və  biznes  mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilib. Bunun nəticəsidir ki, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi artıq 82.5 milyard dollara çatıb və xarici dövlət borcumuz ÜDM-in cəmi 6%-nə bərabərləşib. Xüsusilə qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafı, habelə büdcə siyasətində neftdən asılılığın tədricən azaldılması ilə bağlı verdiyi tapşırıqlar ardıcıl surətdə icra olunur və bu istiqamətdə nəzərəçarpacaq nəticələr əldə edilməkdədir. Bu siyasət Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizliyinin təmin olunması baxımından mühüm strateji xətdir.Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi ilə bağlı görülən işlər daha da geniş vüsət almış, bu gün dövlət büdcəsində neft daxilolmalarından gələn gəlirlərin əvəzlənməsi prosesi çox böyük həssaslıqla həyata keçirilməkdədir. Maliyyə Nazirliyi tərəfindən təqdim olunan rəqəmlər də onu göstərir ki, 2026-cı il büdcəsində neft gəlirlərindən asılılıq azalmağa davam edəcək. Belə ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfert 2025-ci illə müqayisədə 1 milyard 646 milyon manat və ya 11,4 faiz az olacaq”.
Deputat vurğulayıb ki, bu azalma təkcə qeyri-neft sektorunun inkişafını deyil, həm də büdcə gəlirlərinin şaxələndirilməsi istiqamətində görülən tədbirlərin real nəticələr verdiyini sübut edir:
“Əldə olunan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Dövlət Neft Fondunun yaradılması ilə bağlı uzaqgörən qərarı dayanır. Bu strateji addım Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə etməsinə, habelə gələcək nəsillər üçün mühüm maliyyə ehtiyatının formalaşdırılmasına xidmət etdi. Bu gün Fondun aktivləri ölkənin maliyyə təhlükəsizliyinin təmin olunmasındahəlledici rol oynayır.
2026-cı ilin dövlət büdcəsində hər bir azərbaycanlını qürurlandıran ən əsas bənd isə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı xərclərin, dirçəlməkdə olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı maliyyə təminatı prosesində həyata keçirilən nəzərəçarpacaq fəaliyyətin göstərilməsi oldu. Heç kəsə sirr deyil ki, cari ilin 08 avqust tarixində ABŞ-da üçtərəfli qaydada imzalanmış Vaşinqton Bəyannaməsi Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasını daha da yaxınlaşdırdı. Bu isə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması,bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması, habelə sərhədlərimizin mühafizəsi, müzəffər Azərbaycan Ordusunun istənilən təhdidlərə hazır olması, əmin-amanlıq və təhlükəsizliyi hər zaman təmin edə bilməsi üçün əməli vəsaitin ayrılmasını diktə edir. 
Bu məqsədlə 2026-cı ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulması üçün 3 milyard 500 milyon, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının saxlanılması xərcləri üçün 8milyard 715 milyon manata yaxın maliyyə vəsaiti proqnozlaşdırılır.
Eyni zamanda, qeyd olunmalıdır ki, qlobal rəqabətin sürətlə artdığı indiki dövrdə sülhün dayanıqlılığı, xalqların gələcək inkişafı bilavasitə rəqəmsallaşma ilə bağlıdır”. 
Millət vəkili bildirib ki,  2026-cı il dövlət büdcəsində Dördüncü Sənaye İnqilabının çağırışlarına uyğun prioritetlərin nəzərə alınması xüsusi vurğulanmalıdır:
“Büdcə layihəsində “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və “Azərbaycan Respublikasının informasiya və kibertəhlükəsizliyə dair 2023–2030-cu illər üçün Strategiyası” üzrə tədbirlərin maliyyələşdirilməsi təqdirəlayiqdir. Bu proqramlar ölkəmizdə rəqəmsal transformasiyanın yeni mərhələyə keçməsini təmin edəcək, innovativ iqtisadiyyatın formalaşmasına şərait yaradacaq, həmçinin kibertəhlükəsizlik sahəsində institusional tədbirləri gücləndirəcək.
Azərbaycanın süni intellekt, avtomatlaşdırma və yüksək texnologiyalar sahəsində irəliləyişləri həm dövlət idarəetməsində səmərəliliyin artırılmasına, həm də özəl sektorun rəqabət qabiliyyətliliyinin yüksəlməsinə gətirib çıxaracaqdır. Bu uğurların əldə olunmasında səmərəli dövlət idarəçiliyi çərçivəsində hökumət tərəfindən qlobal çağırışların lokallaşdırılaraq düzgün icrası da mühüm rol oynayır. Azərbaycan uzun illərdir beynəlxalq təşkilatlarla, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında etibarlı tərəfdaşlıq qurub. BMT-nin bütün üzv dövlətləri tərəfindən 2015-ci ildə yekdilliklə qəbul edilən Dayanıqlı inkişaf Məqsədləri universal sənədi artıq uzun illərdir Azərbaycanda yüksək səviyyədə icra olunaraq, ölkənin strateji inkişaf kursunun əsas elementlərindən birinə çevrilib”.
M. Əfəndiyevİn sözlərinə görə, Azərbaycan Respublikasının Milli Məclisi Hesablama Palatası ilə birgə fəaliyyəti çərçivəsində DİM məqsədlərinin icrasına diqqət yetirir:
“2023-cü ildə DİM-lərin dövlət büdcəsi sənədində ilk dəfə Hesablama Palatasının rəyində nəzərə alınması mühüm mərhələ hesab olunur. 2024-cü ildən isə başlayaraq DİM-lər üzrə islahatların təmin edilməsi məqsədilə icra olunan tədbirlər kontekstində Orta Müddətli Xərclər Çərçivəsinin (OMXÇ) hazırlanması həyata keçirilir.2026-cı il dövlət büdcəsi də bu baxımdan diqqəti cəlb edir. Belə ki, “Təhsil”, “Kənd təsərrüfatı”, “Ətraf mühitin mühafizəsi”, “Sosial müdafiə və sosial təminat” sektorları üzrə ayrılan 15 milyard manatdan artıq vəsait ümumilikdə səkkiz DİM məqsədi ilə əlaqəlidir. Bu, Azərbaycanın sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi və inklüziv inkişafın təmin olunması istiqamətində ardıcıl siyasətinin bariz nümunəsidir.Beləliklə, 2026-cı il üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi real iqtisadi şərtlərə, milli prioritetlərə və uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq formalaşdırılmış sənəddir. Büdcənin strukturunda neftdən asılılığın azalması, qeyri-neft sektorunun dəstəklənməsi, sosial rifah tədbirlərinin genişləndirilməsi və yüksək texnoloji sahələrin maliyyələşdirilməsi kimi istiqamətlər xüsusilə diqqət çəkir.Dövlət büdcəsinin formalaşmasında monetar və fiskal siyasətlərin həssaslıqla icrası, makroiqtisadi sabitliyin təmin olunması ilə bağlı məsələlərin yer alması prioritet istiqamətlərdən biridir. Bu, ölkə iqtisadiyyatının dayanıqlılığını təmin etmək məqasədilə mövcud reallıqda mühüm şərtlərdən hesab olunur”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see393

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see155

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see154

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see146

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see144

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see144

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see139

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see135

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri