Icma.az
close
up
RU
Deputat: “2026 cı il dövlət büdcəsi Azərbaycanın sülh büdcəsidir”

Deputat: “2026 cı il dövlət büdcəsi Azərbaycanın sülh büdcəsidir”

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov 2026-cı il dövlət büdcəsini “sülh büdcəsi” adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, o bildirib ki, son illərdə formalaşan “zəfər büdcəsindən” fərqli olaraq, bu dəfə sənəd Azərbaycanın yeni geosiyasi reallıqlar fonunda əldə etdiyi siyasi-diplomatik nailiyyətləri əks etdirir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə qazanılan hərbi-siyasi qələbənin ardınca ölkənin təşəbbüsü ilə formalaşan sülh prosesi ciddi irəliləyişə səbəb olub. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, İrəvanın yeni reallıqları qəbul etməsi, ABŞ və Fransa ilə münasibətlərdə gərginliyin aradan qalxması 2026-cı ildə sülhün de-yure təsbit olunması ehtimalını gücləndirir.

Bəhruz Məhərrəmov vurğulayıb ki, Azərbaycanın əsas infrastruktur layihələrinin böyük hissəsi artıq başa çatıb və bu, ölkəyə mürəkkəb beynəlxalq şəraitə baxmayaraq sosial-iqtisadi inkişafın intensiv davam etdirilməsinə imkan verir. O, xüsusilə Biləsuvar rayonunda həyata keçirilən layihələri – Zəngəzur dəhlizinə çıxışı təmin edən yol infrastrukturunu və regionun ən iri günəş elektrik stansiyasının tikintisini mühüm addımlar kimi qiymətləndirib. Deputat region adına Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkürünü bildirib və rayonun içməli su, suvarma və mədəniyyət infrastrukturu ilə bağlı məsələlərin dəstəklənməsini xahiş edib.

Deputat həmçinin qeyd edib ki, 2026-cı il dövlət büdcəsi gəlir və xərclərin bütün funksional və iqtisadi prinsiplər üzrə düzgün qruplaşdırılması ilə ölkənin iqtisadi və sosial proqramlarının maliyyələşməsini tam təmin edəcək. Onun sözlərinə görə, Prezidentin məmurlarla son görüşündə göstərdiyi prinsipial mövqe dövlət idarəçiliyində şəffaflıq və məqsədyönlülüyün üstün tutulduğunu bir daha nümayiş etdirdi.

Bəhruz Məhərrəmov sosial mediada büdcə ilə bağlı yayılan populist və qeyri-peşəkar yanaşmaları da tənqid edərək bildirib ki, proqnozlaşdırılan büdcə kəsiri dünyanın bütün normal iqtisadiyyatlarında mövcud olan təbii maliyyə hadisəsidir və Azərbaycanın ümumi iqtisadi göstəricilərinə mənfi təsir göstərmək gücündə deyil. O əlavə edib ki, Azərbaycanın müharibədən çıxmış ölkə olaraq paralel şəkildə 70-dən çox BMT üzvündən böyük ərazini sıfırdan qurması qeyri-adi miqyasda vəsait tələb edir və digər neft dövlətləri ilə sadə müqayisələr etmək doğru deyil.

Deputatın sözlərinə görə, 2026-cı il büdcə layihəsi “uğurlu, mükəmməl və məqsədyönlü” şəkildə hazırlanıb və ölkənin növbəti inkişaf mərhələsinə təkan verəcək.

Afət Ziyadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 20 Noyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri