Icma.az
close
up
RU
2026 da dünyanı nələr gözləyir? Məşhur jurnal illik proqnozunu açıqladı

2026 da dünyanı nələr gözləyir? Məşhur jurnal illik proqnozunu açıqladı

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“The Economist” jurnalı çoxdan gözlənilən illik "The World Ahead" (“Qarşıdakı dünya”) başlıqlı üz qabığını nəşr edib.

Ölkə.Az xəbər verir ki, 2026-cı il üz qabığında qlobal böhranlar və texnologiyadan iqlim və geosiyasətə qədər geniş mövzularda güclü mesajlar yer alıb.

Jurnal qabığında dünya liderlərinin yer aldığı təəccüblü bir kompozisiya ilə manşetlərə çıxıb.

Tanklar, robotlar, çiplər...

ABŞ-nin 250 illiyinə işarə edilən "250" rəqəmi yazılan tort, ətrafında Tramp, Si Cinpin, Putin, Zelenski və Netanyahunun fiqurları qlobal gərginliyi simvolizə edir. 
Tanklar, robotlar, çiplər və peyvənd simvolları müharibə, texnologiya və səhiyyə arasında qalan yeni bir dünya nizamına işarə edir.

Qütbləşmə

2026-cı il ABŞ üçün tarixi bir dönüş nöqtəsi olsa da, “The Economist”in təhlili ölkədə birlik deyil, siyasi münaqişənin hökm sürdüyünü göstərir. Jurnal bu suala diqqət çəkir: Növbəti qlobal böhranda Amerikaya kim kömək edəcək?

Trampın qeyrı-müəyyənlik strategiyası

Bildirilir ki, Donald Trampın "qeyri-müəyyən" yanaşması qısa müddətdə güc təmin edə bilər, lakin uzun müddətdə ABŞ-ni təcrid edə bilər. Müttəfiqlərin uzaqlaşma riski 2026-cı ilin geosiyasi dönüş nöqtələrindən biri kimi qəbul edilir.

Zənginlərin kasıblıq sınağı

Jurnal inkişaf etmiş ölkələrdə borcların artacağını və yüksək faiz dərəcələrinin təzyiqinin yeni böhran dalğası yarada biləcəyi barədə xəbərdarlıq edir. Bu ssenari qlobal sabitliyi və BMT-nin 2030-cu il hədəflərinin maliyyələşdirilməsini təhdid edir.

Yoxsulluqla mübarizə, bərabərlik və ətraf mühitin qorunması hədəflərinin iqtisadi və siyasi qarışıqlıq səbəbindən təxirə salına biləcəyi bildirilir. “The Economist” "2026-cı ilin 2030-cu il üçün taleyüklü bir il olacağını" qiymətləndirir.

Süni intellekt inkişafdadır, amma...

Üz qabığındakı robot və çip simvolları süni intellektin 2026-cı ilə qədər həyatın hər sahəsində daha həlledici olacağını göstərir. Lakin mütəxəssislər işsizliyin, məlumatların inhisarlaşdırılmasının və etik məsələlərin artacağı barədə xəbərdarlıq edirlər.

İqlim böhranı: ümid cənubdən gələ bilər

Qlobal temperatur artımı kritik həddə yaxınlaşdıqca Latın Amerikası, Afrika və Asiyada bərpa olunan enerji investisiyaları ümidverici kimi vurğulanır. Jurnal bildirir ki, şimal ölkələri geridə qalıb, lakin həll yolu cənub yarımkürəsindən gələ bilər.

Yeni soyuq müharibə: ABŞ-Çin-Rusiya üçbucağı

“The Economist” dünyanın artıq ikiqütblü olmadığını, ABŞ, Çin və Rusiyanın yaratdığı yeni güc üçbucağı qeyri-müəyyənliyi artırdığını yazır. Bu proses ittifaqların yenidən formalaşmasına səbəb ola bilər.

Avropanın çətin ili

Rusiya təhdidi, iqtisadi tənəzzül və ifrat sağçıların yüksəlişi 2026-cı ildə Avropa Birliyini kritik bir sınaq qarşısında qoyacaq: Birlik, yoxsa parçalanma?

Səhiyyədə yeni dövr

Üz qabığındakı peyvənd simvolları, arıqlama dərmanlarının və gen terapiyalarının geniş yayılacağı 2026-cı ildə yeni bir tibbi dövrün xəbərçisi kimi şərh olunur.

2026 Dünya kuboku

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kubokunun yalnız idman tədbiri deyil, həm də diplomatik güc nümayişi olacağı gözlənilir.

"The Economist"in mesajı aydındır: Vaxt tükənir və seçimlər daralır.

Jurnal vurğulayır ki, 2026-cı ildə verilən qərarlar 2030-cu il hədəflərinin taleyini müəyyən edəcək.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri