Icma.az
close
up
RU
Dünyanı və bizi 2026 da nələr gözləyir?

Dünyanı və bizi 2026 da nələr gözləyir?

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ekoloji vəziyyət deyir ki, pis günlər geridə qaldı, qarşıda bizi daha da pis günlər gözləyir...

İnsan faktorunun təsiri ilə ildən ilə daha da pisləşən iqlim dəyişikliyi 2025-ci ildə rekord həddə çatan üç ən isti ildən biri kimi yadda qaldı. Həmçinin, sənayeləşmədən əvvəlki dövrlərdən bəri üç illik temperatur ortalaması ilk dəfə olaraq 2015-ci il Paris Sazişində istiləşməni 1,5 dərəcədən çox məhdudlaşdırmamaq barədə müəyyən edilmiş həddi aşıb. Mütəxəssislər deyirlər ki, Yer kürəsini bu həddən aşağıda saxlamaq ekosistemi xilas edə və dünyada fəlakətli ekoloji məhvin qarşısını ala bilər.

Ötən həftə Avropada dərc edilən “World Weather Attribution” tədqiqatçılarının təhlili, dünyanın hər yerində insanların istiləşən planetin yaratdığı təhlükəli ekstremal vəziyyətlərdən əziyyət çəkdiyini qeyd edir. Tədqiqatçılar planeti istiləşdirən istixana qazlarını atmosferə göndərən səbəbin neft, qaz və kömür kimi qazıntı yanacaqlarının olduğunu qeyd etdilər.

“World Weather Attribution”ın (WWA) həmtəsisçisi və London İmperial Kollecinin iqlim üzrə alimi Friederike Otto Associated Press-ə bildirib ki, əgər biz qalıq yanacaqlarının yandırılmasını tezliklə dayandırmasaq, istiləşmənin qarşısını almaq mümkün olmayacaq: “Bu il müşahidə etdiyimiz istilik dalğaları bu gün iqlimimizdə olduqca çox baş verən hadisələrdir, insanların yaratdığı iqlim dəyişikliyi olmasaydı onların bir çoxu demək olar ki, baş verməzdi.”

Ekstremal təbiət hadisələri hər il minlərlə insanın ölümünə və milyardlarla dollar ziyana səbəb olur. WWA alimləri 2025-ci ildə 157 ekstremal təbiət hadisəsini ən ağır ekoloji hal kimi təsnif ediblər. Buraya WWA-nın 2025-ci ildə dünyanın ən ölümcül ekstremal təbiət hadisələri olduğunu bildirdiyi təhlükəli istilik dalğaları da daxildir. Tədqiqatçılar 2025-ci ildə araşdırdıqları bəzi istilik dalğalarının iqlim dəyişikliyi səbəbindən on il əvvəlkindən 10 dəfə çox olduğunu bildiriblər.

Bu il noyabr ayında Braziliyada keçirilən Birləşmiş Millətlər Təşkilatının iqlim danışıqları qalıq yanacaqlardan imtina etmək üçün heç bir açıq plan olmadan başa çatdı və ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək üçün daha çox kapital vəd edilsə də, bunun üçün daha çox vaxt lazım olacaq. Danışıqlar zamanı rəsmilər, alimlər və analitiklər Yer kürəsinin istiləşməsinin 1,5 dərəcə Selsi dərəcəni keçəcəyini etiraf etdilər.

Ümumi olaraq nəzər salsaq, fəlakətin qaçınılmaz olduğunu anlayan dünya ölkələri öz imkanları hesabına qənaət etmənin və ekoloji məhvin qarşısını almağın yollarını axtarırlar. Çin günəş və külək enerjisi də daxil olmaqla bərpa olunan enerji mənbələrindən sürətlə istifadə edir, eyni zamanda kömürə investisiya qoymağa davam edir. Getdikcə daha çox baş verən ekstremal hava şəraiti Avropada iqlim dəyişikliyi ilə bağlı tədbirlərə çağırışlar yaratsa da, bəzi ölkələr bunun iqtisadi artımı məhdudlaşdırdığını deyirlər. Bu arada, ABŞ-da Tramp administrasiyası ölkəni təmiz enerji siyasətindən uzaqlaşdıraraq kömür, neft və qazı dəstəkləyən tədbirlərə üstünlük verib. WWA təmsilçisi Otto deyir ki, bir çox ölkə fosil yanacaq sənayesindən öz maraqları üçün istifadə edərək bunu siyasi bir marağa çevirir”.

2025-ci ilə boylananda məlum olur ki, əslində çox da xoş olmayan bir ili geridə qoyduq. Ötən payız Cənub-Şərqi Asiyada baş verən siklonlar və daşqınlar 1750-dən çox insanın ölümünə və 25 milyard dollardan (19 milyard funt sterlinq) çox ziyana səbəb oldu, Kaliforniyada baş verən meşə yanğınlarında ölənlərin sayı isə 400 nəfəri keçdi, ziyan isə 60 milyard dollar oldu. Çində minlərlə insanın evindən didərgin düşdüyü dağıdıcı daşqınlar 30 insanın ölümünə, təxminən 12 milyard dollar ziyana səbəb oldu.

“Christian Aid” xeyriyyə təşkilatının illik hesabatına görə, 2025-ci ilin ən ağır 10 təbii fəlakətinə görə sığorta itkilərinin məbləği 120 milyard dollardan çox olub. London İmperial Kollecinin atmosfer fizikası üzrə fəxri professoru Joanna Haigh, insan fəaliyyətinin nəticəsində yaranan iqlim böhranı səbəbindən zərərli hadisələrin tez-tez və intensiv şəkildə artmağa davam edəcəyini deyir: “Dünya artıq necə həll edəcəyimizi bildiyimiz bir böhran üçün getdikcə daha da çox qurban verir. Bu fəlakətlər “təbii” deyil, onlar davamlı qazıntıların aparılması, qalıq yanacaq istifadəsinin genişlənməsinin nəticəsidir”.

Qeyd edilən hesabatda hər biri 1 milyard dollardan az ziyanla nəticələnən daha 10 böyük ekstremal təbiət hadisəsi də araşdırılıb. Filippində baş verən bir sıra tufan və qasırğalar 1,4 milyondan çox insanın evindən didərgin düşməsinə və 5 milyard dollar ziyana səbəb olub. İl ərzində baş verən fəlakətlər dünyanın bütün bölgələrinə təsir göstərib. İrandakı quraqlıq Tehranın 10 milyon sakinini təxliyə təhlükəsi ilə üz-üzə qoydu. Aprel ayında Konqo Demokratik Respublikasında daşqınlar baş verdi, daha sonra may ayında Nigeriyada 700 nəfər öldu. Hindistan və Pakistandakı daşqınlar 1860-dan çox insanın ölümünə səbəb oldu, təxminən 6 milyard dollar zərər vurdu və təkcə Pakistanda 7 milyondan çox insana təsir etdi. İnkişaf etmiş ölkələrdə rekord sayda yanğın baş verdi, Kanadada quraqlıq baş verdi və Şotlandiyada rekord istilər oldu.

Noyabr ayında keçirilən BMT-nin iqlim sammiti COP30-da varlı ölkələr yoxsul ölkələrin ekstremal hava şəraitinin təsirlərinə uyğunlaşmasına kömək etmək üçün mövcud maliyyə vəsaitinin üçqat artırılması barədə razılığa gəldilər. Lakin 2035-ci ilə qədər 120 milyard dollara çatacağı gözlənilən üçqat artım, inkişaf etməkdə olan ölkələri maliyyələşdirmək üçün yetərli olmayacaq. “Christian Aid”in baş icraçı direktoru Patrik Vatt əlavə edib ki, ekstremal hava şəraitindən dəyən ziyana görə ödəniş dünya istixana qazı tullantılarını azaldana və qazıntı yanacaqlarını tədricən dayandırana qədər artmağa davam edəcək. O bildirir ki, baş verən fəlakətlər, əgər dünya qazıntı yanacaqlarından istifadəni azaltmaq üçün keçidi sürətləndirməsə, qarşıda bizi nələrin gözlədiyi barədə bir xəbərdarlıqdır.

Qeyd edək ki, COP30-da, ölkələrin qazıntı yanacaqlarından tədricən imtina etməsi üçün yol xəritələri üzərində işə başlamaq cəhdi bütün ölkələr üçün məcburi bir vəzifə deyil, könüllü bir təşəbbüs statusuna endirildi.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi ” istiqaməti çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:335
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri