Icma.az
close
up
RU
2026 seçkisindən sonra Ermənistan hansı yolla gedəcək? Kim gəlsə də, sülhdən qaçış yoxdur

2026 seçkisindən sonra Ermənistan hansı yolla gedəcək? Kim gəlsə də, sülhdən qaçış yoxdur

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verildiyi kimi, Ermənistanda nğvbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Seçki sonrası hakimiyyət dəyişikliyinin mümkün nəticələri diqqət mərkəzindədir.

Hakimiyyət dəyişikliyi baş verərsə, bu, ölkənin daxili siyasətinə, sosial sabitliyinə və iqtisadi vəziyyətinə təsirsiz ötüşməyəcək. Bir sözlə, yeni idarəetmə modeli formalaşa bilər.

Nikol Paşinyan hakimiyyətdən gedərsə, Azərbaycanla aparılan sülh danışıqlarına necə təsir edə bilər?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın sülhdən uzaq olması və ümumiyyətlə, qeyri-müəyyən siyasi xətt yeritməsi özünə ciddi zərər verir. Çünki bu ölkə getdikcə çökür:

"Hazırda kənardan gələn maliyyə vəsaitləri, köməklər və yardımlar Ermənistan üçün müəyyən xilasedici rol oynayır, amma bu vəziyyət daim davam etməyəcək. Ölkədə depopulyasiya prosesi gedir, yəni əhali durmadan azalır".

Siyasi şərhçi xüsusilə gənclərin ölkəni tərk etdiyini vurğulayıb. Dediyinə görə, onlar gələcəyini Ermənistana bağlamır, onunla əlaqələndirmirlər.

Müsahibimiz qeyd edib ki, sosial, humanitar və ictimai-siyasi sahələrdə problemlər çoxdur, sabitlik isə çox kövrəkdir və varsa da, həddən artıq zəifdir. T.Abbasov hesab edir ki, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, sülh prosesində artıq uzadılan müddəti bitirib, bu məsələdə süründürməçiliyə son qoyacaqlar:

“Azərbaycan üçün isə bu vəziyyətin əhəmiyyəti yoxdur. Doğrudur, Ermənistan zəif olduqca, müxtəlif radikal elementlər baş qaldırır, revanşistlər meydan oxuyur, amma biz lazım gələrsə, onların qarşısını alacağıq".

Politoloq qeyd edib ki, Ermənistanın əsas məqsədi dövlət kimi dirçəlmək, suveren hüquqlardan istifadə etməyi bacarmaq və sabitliyi təmin etmək olmalıdır:

“Hələ ki, bunun şahidi ola bilmirik və günah da özlərindədir. Hər hansı xalq, millət və ya toplum əgər istəyirsə, dövlətçiliyini reallaşdıra, milli üslublarını yarada və ordu formalaşdıra bilər”.

Abbasov vurğulayıb ki, burada söhbət Ermənistanın azğın ordusundan getmir. O, ölkə daxilində posesləri tənzimləmək, sərhədləri qorumaq üçün mövcud olan ordudan bəhs etdiyini bildirib.

"Ermənistanın digər qonşuları ilə də sərhədləri mövcuddur - Gürcüstan, İran və s. Buna görə də ilk növbədə onlar öz ölkələrini necə qoruyacaqlarını düşünməlidirlər. Eyni zamanda sabitlik onlar üçün çox vacibdir ki, iqtisadiyyat dirçəlsin və vətəndaş cəmiyyəti formalaşsın", - müsahibimiz qeyd edib.

Ermənistanın özünün siyasi xəttini müəyyən etməsinin əhəmiyyətindən bəhs edən T.Abbasov, hakimiyyətə kimin gələcəyinin ikinci məsələ olduğunu bildirib:

"Lakin artıq onların fəaliyyətində müəyyən pozitiv çalarlar görünməyə başlayıb. Ermənistan güclənsə, bu, həm ölkənin özünə xeyir gətirəcək, həm də qonşular üçün, o cümlədən Azərbaycana və Türkiyəyə faydalı olacaq. Onlar artıq yaxşı başa düşürlər ki, dövlət kimi inkişafın yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasından keçir".

Tofiq Abbasov: Ermənistan hazırda dilənçiliklə məşğuldur, amma bu, daimi olmayacaq

Müsahibimizin fikrincə, Ermənistan özünü normal ifadə etməli, riskləri şaxələndirməməli, yeni təhdid və təhlükələr yaratmamalıdır. Belə olarsa, normal dövlətə çevrilə bilər.

"Hazırda isə ölkə dilənçiliklə məşğuldur. Tərəfdaşlardan xahiş edir, yardımlar dilənir, amma bu da daimi olmayacaq. Dövlət əgər dövlətdirsə, prioritetlərini müəyyən etməli, hədəflərinə çatma yollarını tapmalı və milli resurs bazasından istifadə etməlidir. Bu məsələnin ikinci bir alternativi yoxdur", - deyə Tofiq Abbasov qeyd edib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri