Icma.az
close
up
RU
Memarlıq yaddaşımızda ulu sima: Əcəmi Naxçıvani fenomeni

Memarlıq yaddaşımızda ulu sima: Əcəmi Naxçıvani fenomeni

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Brilyant CƏFƏRLİ
(AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi təsadüfi qərar deyil, müasir Azərbaycanın inkişaf strategiyasında mühüm mərhələdir. Bu Sərəncam bir tərəfdən müasir şəhər mühitinin formalaşdırılmasına çağırışdırsa, digər tərəfdən xalqın memarlıq yaddaşına, tarixi memarlıq irsinə və estetik düşüncəyə verilən yüksək dəyərin rəmzidir. Dövlət başçısının bu addımı memarlığı iqtisadi və texniki sahə olmaqdan çıxararaq milli kimliyin, mədəni davamlılığın əsas sütunlarından biri kimi ön plana çəkir. Prezidentin imzaladığı Sərəncam açıq şəkildə göstərir ki,

Azərbaycan üçün şəhərsalma yalnız yeni binaların inşası deyil,

tarixi-mədəni kontekstin qorunması, memarlıq yaddaşının gələcək nəsillərə ötürülməsi deməkdir. Məhz bu baxımdan "Şəhərsalma və Memarlıq İli" ideyası bizi istər-istəməz Azərbaycan memarlıq düşüncəsinin zirvəsi olan Əcəmi Naxçıvani fenomeninə qaytarır.

Tarix göstərir ki, güclü dövlətlər memarlıq yaddaşına söykənir. Prezident İlham Əliyevin Sərəncamı da bu siyasi-fəlsəfi həqiqətin müasir ifadəsidir. Bu sənəd şəhərlərin yalnız funksional deyil, mənəvi-estetik mühit kimi formalaşdırılmasını da qarşıya məqsəd kimi qoyur. Bu isə əsrlər əvvəl Əcəmi Naxçıvaninin irəli sürdüyü memarlıq dünyagörüşü ilə səsləşir. Əcəmi Naxçıvani memarlığı zamanın sifarişi deyil, düşüncənin məhsulu kimi dəyərləndirib.

Onun yaratdığı Naxçıvan memarlıq məktəbi göstərdi ki, tikili yalnız sığınacaq deyil, ideyadır, rəmzdir, dövlətdir. Bu gün dövlət səviyyəsində şəhərsalma məsələsinin ön plana çəkilməsi Əcəmi irsinin nə qədər aktual və yaşar olduğunu bir daha təsdiqləyir.

Əcəmi Naxçıvani təkcə böyük memar deyil, o, bütöv bir memarlıq məktəbinin banisidir. Onun yaratdığı Naxçıvan memarlıq məktəbi Orta əsr Şərq memarlığında yeni estetik və konstruktiv düşüncənin başlanğıcı olub. Əcəmi daş və kərpici sadəcə tikinti materialı kimi deyil, fəlsəfi məna daşıyıcısı kimi dəyərləndirib. Onun memarlığında riyazi dəqiqlik, ornament ritmi və simvolik məna vahid bədii sistemə çevrilib. Bu baxımdan Əcəmi yaradıcılığı bugünkü şəhərsalma anlayışı üçün də mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki,

memarlıq yalnız texniki proses deyil, mədəni məsuliyyətdir.

Prezident İlham Əliyevin "Şəhərsalma və Memarlıq İli" elan etməsi memarları, şəhərsalma mütəxəssislərini və cəmiyyəti ciddi düşünməyə vadar edir: biz hansı şəhərləri qururuq və bu şəhərlər hansı yaddaşı daşıyır? Əcəmi Naxçıvani bu suala əsrlər öncə cavab verib. O göstərib ki, memarlıq zamanla dialoqdur və bu dialoq milli kimlik üzərində qurulmalıdır. Əcəmi Əbubəkr oğlu Naxçıvani XII əsrdə bünövrəsi milli kimlik olan möhtəşəm sənət əsərləri inşa edib.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Əcəmi Naxçıvani irsinə yenidən baxmaq yalnız keçmişə ehtiram deyil, gələcəyə görə məsuliyyət deməkdir. Müasir şəhərlərimizi planlaşdırarkən Əcəminin düşüncə sistemindən - miqyas hissindən, ritm anlayışından, məkana fəlsəfi yanaşmasından yararlanmalıyıq. Əgər şəhərlərimizdə ruh yoxdursa, o şəhərlər yaşaya bilməz. Əcəmi Naxçıvani isə əsrlər öncə sübut edib ki,

memarlıq ruhla qurulanda zaman ona toxuna bilmir.

Dövlətin verdiyi bu siyasi impuls mənəvi dəyərlərimizin yenidən aktuallaşdırılmasına xidmət edir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncam memarlığı sadəcə sahə deyil, milli prioritet kimi təqdim edir. Bu prioritetin ideya kökləri isə Əcəmi Naxçıvani kimi dahilərin yaradıcılığında yaşayır. Dövlət qərarı ilə memarlıq yaddaşı arasında qurulan bu ideya xətti göstərir ki,

Azərbaycan gələcəyini qurarkən keçmişini unutmur.

Çünki bu torpaqlarda daşlar da Əcəminin dili ilə danışır. Azərbaycanda şəhərlər də dövlət qədər məsuliyyət daşıyır. Və bu məsuliyyətin adı Əcəmi Naxçıvani irsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri