2027 ci ildə universitet oxumadan öyrənilə biləcək ən perspektivli ixtisaslar SİYAHI
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Yeni peşə qazanmaq üçün illərlə universitet təhsili almaq artıq yeganə yol deyil. Xüsusilə rəqəmsal sahələrdə müxtəlif onlayn proqram və sertifikatlar vasitəsilə daha qısa müddətdə yeni ixtisas üzrə bacarıq əldə etmək mümkündür.
Bizim.Media xəbər verir ki, Research.com-un məlumatlarına əsasən, 2027-ci ildə perspektivli hesab olunan və onlayn təlimlər vasitəsilə öyrənilməsi mümkün olan əsas ixtisaslar bunlardır:
1. Süni intellekt tətbiqi sahəsi - Proqramlaşdırma və data analitikası üzrə baza bilikləri olan şəxslər müxtəlif onlayn kurslar vasitəsilə süni intellekt istiqamətində ixtisaslaşa bilərlər.
2. Proqramlaşdırma və veb inkişafı - Frontend, backend və full-stack proqramlaşdırma onlayn öyrənilməsi ən əlçatan sahələrdəndir. Praktiki layihələr hazırlamaq və sertifikat proqramlarından yararlanmaq mümkündür.
3. Kibertəhlükəsizlik - Şirkətlərin rəqəmsal sistemlərə keçidi kibertəhlükəsizlik mütəxəssislərinə tələbatı artırır. Şəbəkə təhlükəsizliyi, informasiya təhlükəsizliyi və etik hakerlik üzrə onlayn proqramlar mövcuddur.
4. Data analitikası - Böyük məlumatların təhlili müxtəlif sahələrdə vacib bacarığa çevrilib. Excel, SQL, Python və məlumatların vizuallaşdırılması kimi alətləri onlayn öyrənərək bu istiqamətdə fəaliyyətə başlamaq mümkündür.
5. Rəqəmsal marketinq - Sosial media, SEO, kontent marketinqi və rəqəmsal reklam üzrə bacarıqları nisbətən qısa müddətdə onlayn təlimlər vasitəsilə əldə etmək mümkündür.
6. Layihələrin idarə olunması - "Project management" üzrə müxtəlif onlayn sertifikat proqramları mövcuddur. Bu istiqamət xüsusilə texnologiya, biznes və xidmət sektorlarında geniş tətbiq olunur.
7. Mühasibatlıq və maliyyə texnologiyaları Mühasibat uçotu, maliyyə analitikası və fintech istiqamətində də onlayn proqramlar vasitəsilə yeni bacarıqlar qazanmaq mümkündür.
8. Tibbi və səhiyyə texnologiyaları - Səhiyyənin rəqəmsallaşması tibbi informatika, səhiyyə idarəçiliyi və tibbi məlumatların analizi kimi yeni istiqamətlərin inkişafına səbəb olur.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 07 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















