2027 ci ilin ən populyar turizm istiqamətləri SİYAHI
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
2027-ci ildə turistlərin ən çox maraq göstərdiyi səyahət istiqamətləri açıqlanıb. Siyahıya Qırğızıstanın paytaxtı Bişkek başçılıq edir.
Lent.az xəbər verir ki, “Skyscanner” axtarış sistemi 2027-ci il üçün sürətlə populyarlıq qazanan 10 turizm istiqamətinin siyahısını hazırlayıb.
Şirkətin “Travel Trends 2027” hesabatına əsasən, gələn il səyahət etməyi planlaşdıran turistlər arasında ən çox maraq doğuran şəhər Qırğızıstanın paytaxtı Bişkekdir.
“Skyscanner” ekspertlərinin məlumatına görə, Bişkekə maraq bir il ərzində 501 faiz artıb. Reytinq müəllifləri bildirirlər ki, BBC-nin “Race Across the World” proqramında nümayiş etdirilən Bişkek sürətlə Mərkəzi Asiyanın macəra turizmi mərkəzlərindən birinə çevrilir. Şəhər turistlərə möhtəşəm dağ mənzərələri, maraqlı yürüş marşrutları və özünəməxsus köçəri mədəniyyəti ilə tanış olmaq imkanı yaradır.
2027-ci ilin ən populyar 10 turizm istiqaməti
“Skyscanner”in məlumatına əsasən, turist marağının illik artım göstəricilərinə görə siyahı belədir:
1. Bişkek, Qırğızıstan - 501 faiz
2. Hurqada, Misir - 186 faiz
3. Malmö, İsveç - 103 faiz
4. Trapani, İtaliya - 95 faiz
5. Samos, Yunanıstan - 75 faiz
6. Çuntsin, Çin - 70 faiz
7. Dananq, Vyetnam - 68 faiz
8. Sal, Kabo-Verde - 67 faiz
9. Kittilya, Finlandiya - 65 faiz
10. Qvatemala şəhəri, Qvatemala - 63 faiz
Ekspertlərin fikrincə, turistlərin marağı getdikcə yalnız məşhur Avropa paytaxtlarına deyil, həm də təbiəti, mədəniyyəti və fərqli istirahət imkanları ilə seçilən istiqamətlərə yönəlir.
Siyahıda həm çimərlik istirahəti üçün əlverişli olan Misir, Yunanıstan və Vyetnam, həm də dağ və macəra turizmi ilə tanınan Qırğızıstan və Finlandiya yer alıb. İlboyu isti hava şəraitinin müşahidə edildiyi ən yaxşı istirahət istiqamətlərini də açıqlayıblar. Bundan əlavə, 2026-2027-ci illərin qış mövsümündə Avropada səyahət üçün ən əlverişli məkanlar barədə tövsiyələr də təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















