Icma.az
close
up
RU
2029 cu ildə böyük müharibə ola bilər Orduya Hazır ol! əmri verildi

2029 cu ildə böyük müharibə ola bilər Orduya Hazır ol! əmri verildi

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Karsten Broer ölkə ordusuna 2029-cu ilə qədər tam şəkildə silahlandırılma və müharibəyə hazırlıq əmri verib. General Rusiyanın həmin vaxta qədər NATO ərazilərinə qarşı genişmiqyaslı hücum potensialı qazana biləcəyini deyib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Broerin 19 may tarixində imzaladığı “Hazırlığın Artırılması üçün Prioritet Təlimatlar” adlı sənəddə Almaniya ordusunun tam təchizatlı hala gətirilməsi üçün atılacaq konkret addımlar və prioritetlər müəyyən edilib. 


Prioritetlər nələrdir?


Təlimata əsasən Almaniya hava hücumundan müdafiə sistemlərini, xüsusilə də pilotsuz uçuş aparatlarına qarşı tədbirləri gücləndirəcək.


500 km-dən uzaqda yerləşən və düşmən arxasında olan hədəflərə dəqiq zərbələr endirə biləcək imkanlar yaradılacaq.


Təchizat ehtiyatlarının artırılması və bütün kateqoriyalar üzrə təchizat səviyyəsinin yüksəldiləcək.


Almaniya həmçinin elektron müharibə imkanlarını inkişaf etdirməyə və kosmosda dayanıqlı müdafiə-hücum qabiliyyətləri qurmağa çalışacaq.


General Broer ilə yanaşı alman ordusunun digər yüksək vəzifəli komandiri Alfons Mais də açıqlama verib. O Rusiyanın 2029-cu ilə qədər NATO ərazisinə qarşı böyük miqyaslı hücum planlaya biləcəyini söyləyib:


“Ən gec 2029-cu ildən etibarən Rusiya ordusu NATO ərazilərinə qarşı müharibəyə başlaması və hücuma keçməsi ehtimalı yüksəkdir. Amma bizi test etməyə daha erkən başlaya da bilərlər”.


Xatırladaq ki, ötən il yayılan məlumatlara görə, NATO rəhbərliyi Almaniyadan hava hücumundan müdafiə qabiliyyətini, o cümlədən "Patriot" sistemləri kimi müdafiə vasitələrini dörd dəfə artırmağı istəyib.


Alman komandanlığının bu xəbərdarlıqları, Avropada təhlükəsizlik müzakirələrini və müdafiə planlamasını bir daha gündəmə gətirib.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 May 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri