Icma.az
close
up
RU
ABŞ ordusunda “hazır ol” əmri verildi Böyük müharibə gözlənilir? Brayzadan diqqətçəkən açıqlama

ABŞ ordusunda “hazır ol” əmri verildi Böyük müharibə gözlənilir? Brayzadan diqqətçəkən açıqlama

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın müdafiə naziri Pit Heqset yüzlərlə amerikalı general və admiralı sentyabrın 30-da Virciniya ştatının Quantico şəhərində keçirilməsi planlaşdırılan görüşə çağırıb. Paralel olaraq, onun   “Müharibəyə hazır olun” çağırışı gündəmi silkələyib. Son günlər həm ABŞ-da, həm də Avropada artan hərbi hazırlıqlar, genişmiqyaslı təlimlər necə şərh olunmalıdır? Hərbi  hazırlığın intensivləşməsi hansı təhlükələrin yaxınlaşdığını göstərir? Bu proses yeni bir qlobal müharibənin başlanğıcı ola bilərmi?

Moderator.az-a danışan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı keçmiş səfiri Metyu Brayza  ABŞ-ın müharibəyə hazırlaşması ilə bağlı səsləndirilən fikirlərlə razı deyil.

“ABŞ hazırda müharibəyə hazırlaşmır. Həmçinin son günlər nə ABŞ-da, nə də Avropada böyükmiqyaslı hərbi təlimlər keçirilməyib. Bu iddialar Rusiya və Belarusun “Zapad” adlı genişmiqyaslı hərbi təlimləri ilə ziddiyyət təşkil edir. Həmin təlimlər zamanı Rusiya pilotlu və pilotsuz uçuş aparatları Polşa, Estoniya, Rumıniya və  Danimarka kimi NATO üzvü olan ölkələrin hava məkanına daxil olub”,- deyə o qeyd edib.

Brayzanın sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqsethin çağırışı ilə sentyabrın 30-da generallar və admiralın iştirakı ilə keçirilən görüş isə hərbi əməliyyat planlarının hazırlanmasına deyil, daha çox intizam məsələlərinə həsr olunub:

“Həmin toplantıda əsas müzakirə edilən mövzular şəxsi nizam-intizam, məsələn, saqqal və uzun saçların yolverilməzliyi, həmçinin ABŞ ordusunda “woke-izm” kimi anlayışlarla mübarizə olub. Bu, ordunun döyüş hazırlığından çox daxili idarəetmə və intizamla bağlı idi”.

O əlavə edib ki, hərçənd, nazir Pit Heqseth görüşdə ABŞ ordusunun müdafiəyə deyil, müharibəyə hazır olması barədə fikir səsləndirib:

“Onun vurğulamaq istədiyi əsas məqam odur ki, müharibə müdafiədən qat-qat ciddi və baha başa gələn prosesdir. ABŞ çox diqqətli olmalıdır ki, hərbi gücdən nə vaxt və hansı hallarda istifadə etsin”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri