Icma.az
close
up
RU
21 milyonluq tenderin qalibləri bəlli oldu

21 milyonluq tenderin qalibləri bəlli oldu

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın ən nəhəng informasiya resursunun hazırlanmasına start verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz öz facebook səhifəsində paylaşıb.

O, bir müddət öncə İqtisadiyyat Nazirliyinin elan etdiyi “Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması” ilə bağlı elan edilən 21 milyonluq tenderi xatırladıb:

"250 səhifəlik texniki şərtlər toplusundan görünürdü ki, layihə ölkə miqyasında bütün mövcud coğrafi məlumatların toplanması, saxlanması, emal edilməsi və istifadəsi üçün nəzərdə tutulan bir informasiya sistemini yaratmağı hədəfləyib. Layihədə çoxsaylı məlumatların (topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri , su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları , fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s.) inteqrasiya olunduğu rəqəmsal resursun yaradılması nəzərdə tutulur. Tenderə Azərbaycanın ən böyük İT şirkətləri, Best Comp, CASPEL, SİNAM, ULTRA şirkətləri qatılmışdı. Tenderlə bağlı müddət bir neçə dəfə uzadılsa da, uzun müzakirələrdən sonra artıq məlumat verilib ki, CASPEL şirkəti, Cyberpoint və RİSK şirkətləri ilə birləşərək bu tenderi udub və adı çəkilən informasiya resursunun hazırlanması ilə bağlı 19 milyonluq bir müqavilə imzalanıb. Görünür ki , ölkənin ən böyük İT şirkəti olan CASPEL üçün də təklikdə bu tenderdə qalib gəlmək çətin olub".

O.Gündüz bildirib ki ki, uzun illər bu layihəni reallaşdırmaq mümkün olmayıb. Prosesə az qala 10 il bundan öncə başlanıb və ən geci 2019-cu ilə hazır olmalıydı:

"Əvvəllər bu sahə ilə Dövlət Torpaq Komitəsi, sonradan Əmlak Məsələləri Dövlət Xidməti, ASAN, RİNN, sonradan İqtisadiyyat Nazirliyi müxtəlif formalarda məşğul olub. İllər öncə hətta İsrailin “Ofek Aerial Photography” şirkətilə müqavilələr də bağlanmışdı. Amma nədənsə sonralar bu reallşmadı. Görünür ki, hökumət bu cür strateji bir layihəni yerli şirkətlərə verməyi üstün tutub, hansı ki, hesab edirəm bu, çox doğru bir yanaşmadır. Bildiyim qədər artıq CASPEL partnyor şirkətlərlə birgə Milli Məkan Məlumatları infrastrukturunun qurulmasına və informasiya sisteminin hazırlanmasına start verib. Ümid edirəm, CASPEL və digər partnyorlar maraqlı tərəfləri də bu nəhəng layihənin icrasına cəlb edəcəklər".

Mütəxəssisin fikrincə, İN-in yetərincə ictimai əhəmiyyət kəsb edəb bu layihənin icrasına ictimai nəzarət imkanlarını yaratması da çox vacibdir:

"Tenderdə konsorsium formasında qalib olan hər bir şirkətin sektordakı təcrübəsini nəzərə alaraq ümid edirəm ki, hamı üçün əlçatan olan, ən yüksək texnologiyalar əsasında qurulan bir faydalı informasiya resursu ortaya çıxara biləcəklər. Məncə, bu resursun rəqəmsal hökumət infrastrukturuna inteqrasiyası ilə yanaşı, hazırda qurulması nəzərdə tutulan Superkompüter Mərkəzinə də inteqrasiya etmək doğru olardı. Kritik resursların siyahıları açıqlanmasa da, düşünmək olar ki, bu cür strateji və ciddi bir informasiya resursu da dərhal kritik informasiya infrastrukturuna və DTX və XRİTDX-nin nəzarət perimetrinə daxil edilib. Düşünürəm ki, dövlət və özəl sektor üçün, həmçinin elm sektoru və vətəndaşlar üçün nəzərdə tutulan bu nəhəng ictimai resurs ölkənin rəqəmsal transformasiyası üçün, daha doğru və effektiv qərarların qəbulu üçün mühüm əhəmiyyət kəsb edir".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri