Icma.az
close
up
RU
Sirli VNM İnşaat daha bir milyonluq tenderin qalibi oldu

Sirli VNM İnşaat daha bir milyonluq tenderin qalibi oldu

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Sentyabr ayının əvvəlində Salyan Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi seçilən "VNM İnşaat" şirkəti daha bir satınalma müsabiqəsinin qalibi olub. 

Qaynarinfo xatırladır ki, "VNM İnşaat" MMC-nin qalibi olduğu tender Salyan şəhərində yolların əsaslı təmiri ilə bağlı idi. Tərəflər arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 1 328 483,05 manat təşkil edirdi. 

"VNM İnşaat" MMC-nin bu dəfə qalib seçildiyi tender isə Masallı şəhərində abadlıq işlərinin həyata keçirilməsi ilə bağlıdır. Satınalma müsabiqəsini Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhəri üzrə Nümayəndəliyi keçirib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 025 314,06 manatdır. 

HƏMÇİNİN BAX:

Salyanda yolları 1,3 milyona təmir edəcək "VNM İnşaat" kimindir?

"VNM İnşaat" MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. "VNM İnşaat" MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"VNM İnşaat" MMC-nin yerləşdiyi hüquqi ünvanda başqa bir şirkət də qeydiyyatdadır. Bu şirkətin adı "VNM İnvest" MMC-dir. Araşdırmalarımız zamanı məlum olub ki, Vüqar Nağıyev vaxtilə "VNM İnvest" MMC-yə də rəhbərlik edib. Bundan başqa, o, "VNM Servis" MMC-nin də qanuni təmsilçisi olub. 

Bu faktlar hər üç şirkətin əslində bir adama məxsus olduğuna, Vüqar Nağıyevin təmsilçisiliyinin isə formal xarakter daşıdığına şübhələri artırır. Adətən bu tip şirkətlər tender əməliyyatlarında iştirak üçün yaradılır. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri