Icma.az
close
up
RU
212 il sonra dünyanı heyrətə gətirən elan İki ölkə Trampa görə birləşir

212 il sonra dünyanı heyrətə gətirən elan İki ölkə Trampa görə birləşir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Norveçin Baş naziri Yonas Qar Store deyib ki, ABŞ-ın Qrenlandiyaya iddiaları fonunda ölkəsinin Danimarka ilə birləşməsinin zamanı çatıb.

“İndi Danimarka ilə birləşməyin vaxtıdır. Danimarkanın Baş naziri Mette Frederiksenin mənə dediyi son söz bu oldu: “Artıq hər şey ciddidir, Yonas”, – deyə baş nazir bildirib. Store danimarkalı həmkarı ilə yanvarın 6-da Parisdə danışdığını qeyd edib.

ABŞ-ın Venesuelanın paytaxtı Karakasda keçirdiyi əməliyyat nəticəsində Prezident Nikolas Maduro və həyat yoldaşının saxlanılmasından sonra ABŞ Prezidenti Donald Trampın növbəti hədəfinin harası olacağı və ya hansı addımı atacağı maraqla gözlənilir. Bununla belə, Trampın Qrenlandiyanı ilhaq etmək istəyi daha ciddi risk kimi qiymətləndirilir. Məhz bu mənada Norveçin Baş naziri Yonas Qar Storenin açıqlaması diqqət çəkir.

Storenin bəyanatına keçməzdən öncə qeyd edim ki, Norveç və Danimarka köklü ortaq tarixə malikdir. Məsələn, 1397–1523-cü illər ərzində iki ölkə Kalmar Birliyi adı altında vahid mərkəzi sistem daxilində mövcud olub. Daha dəqiq desək, Kalmar Birliyi Skandinaviya tarixində yaranmış ilk böyük siyasi birlik idi və regionu xarici təzyiqlərdən qorumaq, Avropanın güc mərkəzləri qarşısında vahid mövqe formalaşdırmaq məqsədi ilə yaradılmışdı.

1397-ci ildə Danimarka kraliçası Marqaretanın təşəbbüsü ilə yaradılan bu birlik çərçivəsində Danimarka, Norveç və İsveç eyni monarxın hakimiyyəti altına keçdi. Dövlətlər formal olaraq müstəqil qalsalar da, xarici siyasət və ali hakimiyyət faktiki olaraq mərkəzləşdirilmişdi.

1523-cü ildə İsveç Kalmar Birliyindən çıxdıqdan sonrakı müddətdə – 1536–1814-cü illər arasında iki dövlət Danimarka–Norveç Krallığı adlanmağa başladı. Doğrudur, formal olaraq iki krallıq sayılsalar da, real hakimiyyət Kopenhagenin əlində idi. Norveç bu dövrdə müstəqil xarici siyasətə malik deyildi və Danimarkanın idarəetmə sisteminə tabe idi.

1814-cü ildə Napoleon müharibələrindən sonra Danimarka Norveçi itirdi. Nəticədə Norveç İsveçlə birlikdə yeni bir ittifaqa daxil oldu.

Əslində, bu qısa xronologiya onu deməyə əsas verir ki, Norveç tarixən müstəqil dövlət olmaqla yanaşı, uzun müddət birliklər daxilində yaşamış ölkədir. Hərçənd hazırda bu ölkə nə Avropa İttifaqı (Aİ), nə də NATO üzvüdür. Xalq Aİ və NATO üzvlüyünün milli suverenliyə, balıqçılıq və enerji sektoruna zərər verəcəyini düşündüyü üçün uzun illərdir bu istiqamətdə qərar qəbul etmir.

Yonas Qar Storenin açıqlamasına gəldikdə isə demək olar ki, ABŞ-ın Qrenlandiyaya iddiaları və ümumilikdə Arktika regionundakı strateji maraqlar fonunda Norveçin Danimarka ilə daha sıx əməkdaşlıqdan danışması başa düşüləndir. Norveç köhnə dostları ilə yenidən güclərini birləşdirmək istəyir. Təbii ki, söhbət əvvəlki dövrlərdə olduğu kimi vahid dövlət və ya monarxik birlikdən deyil, ciddi strateji koordinasiya və regiondakı güc balansının qorunması məqsədindən gedir.

Məsələ ondadır ki, Arktika və Şimal Atlantikdə enerji resursları, nəqliyyat dəhlizləri və hərbi mövqelərin artan əhəmiyyətini Norveç yaxşı anlayır. Qrenlandiyanın ilhaqının ABŞ-ı dayandırmayacağı da açıqdır. Buna görə Oslo Kopenhagenlə yaxınlaşaraq öz mövqelərini güclü əməkdaşlıq sayəsində qorumağa çalışır. Daha dəqiq desək, Norveç və Danimarka siyasi və hərbi koordinasiya vasitəsilə Vaşinqtonun və digər güc mərkəzlərinin Arktikadakı planlarına cavab olaraq yeni alternativ regional blok yarada bilər.

Əgər Oslonun niyyəti həqiqətən də budursa və nəzərdə tutulan ssenari reallaşarsa, əməkdaşlığın genişlənməsi perspektivində digər Skandinaviya və şimal ölkələrinin, xüsusilə İsveç, Finlandiya və İslandiyanın da birləşmədə iştirakı mümkün ola bilər. Bunu isə ümumilikdə yeni Kalmar Birliyi kimi qiymətləndirmək mümkündür.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri