İki ölkə birləşir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya və Şimali Koreya Tumen çayı üzərində yeni quru körpü tikməklə əlaqələri daha da gücləndirirlər.
"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib ki, hazırda tərəflər layihə sənədlərini yekunlaşdırır, tikinti qruplarını formalaşdırır və lazımi avadanlıqları yığır.
Matseqora Rusiyanın dövlət xəbər agentliyinə “RİA”-ya bildirib ki, körpünün tikintisi prosesi hələ başlamayıb, lakin hazırlıq işləri gedir.
Qeyd edək ki, bu körpü layihəsi Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ildə Şimali Koreyaya səfəri zamanı qərara alınıb.
Səfər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
Putinin təmasları Pxenyanla Moskva arasında əlaqələrin sıxlaşmasına işarə edən dönüş nöqtəsi kimi qiymətləndirilib.
Körpü 1959-cu ildə istifadəyə verilmiş mövcud “Dostluq körpüsü” dəmir yolu bağlantısının yaxınlığında yerləşəcək.
XX əsrin əvvəllərində həmin yerdə taxta körpünün olduğu, lakin sonradan bu tikilinin söküldüyü bildirilir.
Yeni quru körpünün uzunluğu 850 metr olacaq və Rusiyanın yol şəbəkəsinə inteqrasiya olunacaq. Artıq quru körpü üçün işlərə başlanıldığı bildirilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 27 Mart 2025 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















